Bakıda ərini baltalayan qadının məhkəməsi BAŞLADI: işləməyə qoymurmuş
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını balta ilə öldürməyə cəhddə təqsirləndirilən İradə Hacıyevanın cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda məhkəmə anket məlumatlarını dəqiqləşdirib, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələri izah edilib.
Qısa müşavirədən sonra məhkəmə tərkibi baxış iclasının 16 noyabra təyin olunduğunu elan edib.
Xatırladaq ki, hadisə 28 iyun 2026-cı ildə Bakının Yasamal rayonu ərazisində baş verib.
İddialara görə, hadisənin baş verməsinə uzun illərdir davam edən məişət zorakılığı səbəb olub. İ. Hacıyevanın ali təhsili olmasına rəğmən həyat yoldaşı iyirmi ildən artıq müddətdə onu ev dustağı edib və işləməsinə imkan verməyərək, evdən çıxmasına mütəmmadi olaraq maneələr yaradıb. Qonşuların bildirdiyinə görə, Hacıyev tüfeyli həyat tərzi sürüb, onları narahat edib və hər gün spirtli içki içərək İ. Hacıyevanı fiziki zorakılığa məruz qoyub.
Hadisə baş verən gün İradə Hacıyeva ailə münaqişəsi zəmnində həyat yoldaşı, 62 yaşlı Elşən Hacıyevə balta ilə bir neçə dəfə zərbə endirib. Zərbələr nəticəsində E. Hacıyev üz, hər iki qol və kürək nahiyəsindən ağır xəsarətlər alıb. Həmin an evdə olan iki oğlu son anda müdaxilə edərək, baltanı İ. Hacıyevadan alıblar. Yaralının həyatını xilas etmək mümkün olub.
Faktla bağlı cinayət işi başlanılıb, İradə Hacıyeva Cinayət Məcəlləsinin 120.2.9-cu (Qəsdən adam öldürməyə cəhd - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 06 Noyabr 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















