Icma.az
close
up
RU
Bakıda Qara Dəniz Xəzər Logistika Forumu keçiriləcək

Bakıda Qara Dəniz Xəzər Logistika Forumu keçiriləcək

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Sentyabrın 7-9-da Bakıda "Qara Dəniz-Xəzər Logistika Forumu 2026" (Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments) beynəlxalq konfrans və sərgisi keçiriləcək.

XQ xəbər verir ki, sayca beşinci olacaq forum bu il nəqliyyat dəhlizlərinin, infrastrukturun inkişafına və investisiyaların cəlb edilməsinə həsr olunacaq.

Tədbir Asiya, Xəzər dənizi və Qara dənizlə Avropa arasında infrastrukturun və yük axınlarının idarə olunmasında bilavasitə iştirak edən şirkət və təşkilatların nümayəndələrini bir araya gətirəcək. Dəniz limanları və terminallarının, gəmiçilik və bərə operatorlarının, dəmir yolu şirkətlərinin, ekspeditor və logistika təşkilatlarının, yük sahiblərinin, dövlət orqanlarının, beynəlxalq maliyyə institutlarının və investisiya şirkətlərinin nümayəndələrinin də iştirakçı qismində çıxış edəcəyi gözlənilir.

Forumda 20-dən çox ölkədən 100-dən artıq şirkəti təmsil edən 150-dən çox nümayəndənin iştirak edəcəyi nəzərdə tutulur.

Tədbirdə əsas diqqət Asiya və Avropa arasında yükdaşıma marşrutu kimi fəaliyyət göstərən Orta Dəhlizin gələcək inkişaf perspektivlərinə yönəldiləcək. Xüsusilə iştirakçılar marşrutun 2026-2027-ci illərdə yükdaşıma həcmləri və çatdırılma müddətləri ilə bağlı potensialını, həmçinin onun buraxılış qabiliyyətinin daha da artırılması üçün tələb olunan investisiyaları müzakirə edəcəklər.

Regional nəqliyyat infrastrukturunun inkişafına təsir edən yeni marşrutlar və geosiyasi amillər ayrıca sessiyada müzakirə olunacaq. Tədbirdə Zəngəzur marşrutu (TRIPP), Trans-Əfqanıstan istiqaməti və Orta Dəhlizin beynəlxalq daşımalar sistemindəki strateji rolunun mümkün transformasiyası diqqət mərkəzində olacaq.

Proqramda marşrutun buraxılış qabiliyyətinin artırılmasında Çinin rolu mühüm yer tutacaq. İştirakçılar həyata keçirilən və planlaşdırılan infrastruktur layihələrini, konteyner qatarlarının inkişafını və geriyə yüklənmənin təmin edilməsi məsələlərini müzakirə edəcəklər.

Bundan başqa, forum çərçivəsində Xəzər dənizində gəmiçilik və bərə daşımalarının perspektivlərinin müzakirə edilməsi planlaşdırılır. Xüsusilə yüksək tutumlu gəmilərin tikintisi və istismarı, konteynerləşdirmənin inkişafı, Ro-Ro tipli gəmilərlə daşımaların genişləndirilməsi və tariflərin dinamikası əsas müzakirə mövzusu olacaq.

Əsas mövzulardan biri 2030-cu ilə qədər liman infrastrukturunun modernləşdirilməsi ilə bağlı olacaq. İştirakçılar yanalma infrastrukturunun inkişafı, müasir kran komplekslərinin quraşdırılması, dibdərinləşdirmə işlərinin aparılması və limanların daxili regionlarla nəqliyyat əlaqələrinin yaxşılaşdırılması məsələlərini nəzərdən keçirəcəklər.

Bundan başqa, Asiya və Avropa arasındakı marşrutlarda yük axınlarının strukturuna diqqət yetiriləcək. Xüsusilə enerji daşıyıcıları, taxıl, gübrə, metal, kritik əhəmiyyətli minerallar və layihə yüklərinin daşınması perspektivlərinin müzakirə edilməsi planlaşdırılır.

Nəqliyyat dəhlizinin rəqəmsallaşdırılması forumun vacib mövzusu olacaq. İştirakçılar məlumat mübadiləsi üçün vahid platformaların yaradılmasını, gömrük prosedurlarının uzlaşdırılmasını və elektron sənəd dövriyyəsinin inkişafını müzakirə edəcək, eləcə də bu sahədə indiyə qədər əldə olunmuş irəliləyişi qiymətləndirəcəklər.

Beynəlxalq maliyyə institutlarının və inkişaf banklarının regionun nəqliyyat infrastrukturunun maliyyələşdirilməsindəki rolu xüsusi müzakirə mövzusu olacaq. İştirakçılar Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və Avropa İnvestisiya Bankının fəaliyyətini, eləcə də onların maliyyələşdirdiyi layihələri və vəsaitlərin verilmə şərtlərini nəzərdən keçirəcəklər.

Forumun gündəliyinə "EU Global Gateway" təşəbbüsü və Transxəzər Nəqliyyat Marşrutu üçün nəzərdə tutulan investisiya paketinin müzakirəsi də daxildir. Bəyan edilmiş investisiya planlarının konkret layihələrə necə çevrilməsi, indiyədək cəlb olunan maliyyənin həcmi, eləcə də dövlət-özəl tərəfdaşlığı (PPP) və qarışıq maliyyələşdirmə mexanizmlərinin imkanları diqqət mərkəzində olacaq.

Daha bir müzakirə mövzusu regional logistikanın hüquqi və sığorta mənzərəsi ilə bağlı olacaq. İştirakçılar multimodal daşımaların təşkili zamanı risklərin idarə edilməsi məsələlərini, eləcə də beynəlxalq yük axınlarının dayanıqlığının təmin edilməsində sığorta, hüquq və sürveyer şirkətlərinin rolunu nəzərdən keçirəcəklər.

Təşkilatçılar qeyd edirlər ki, Orta Dəhliz inkişaf etməkdə davam edir: daşımaların həcmi artır, infrastruktur layihələri isə eyni vaxtda bir neçə istiqamətdə həyata keçirilir. Bu şəraitdə marşrutun növbəti inkişaf mərhələsinin və bunun üçün bərə donanması, liman gücləri, gömrük infrastrukturu və rəqəmsal inteqrasiyaya tələb olunan investisiyaların müəyyən edilməsi əsas məsələlərdən birinə çevrilir.

Forumda Qara dəniz və Xəzər dənizini limanlarının, terminallarının və stividor şirkətlərinin, gəmiçilik, bərə və Ro-Ro operatorlarının, gəmi sahiblərinin, agentlərin və brokerlərin, dəmir yolu şirkətlərinin, konteyner qatarları və vaqon operatorlarının nümayəndələrinin iştirakı gözlənilir.

Həmçinin tədbirdə ekspeditorlar, multimodal operatorlar, 3PL və 4PL şirkətləri, yük sahibləri, beynəlxalq maliyyə institutları, inkişaf bankları, infrastruktur fondları, özəl və strateji investorlar, nəqliyyat və iqtisadiyyat nazirliklərinin nümayəndələri, tənzimləyicilər, gömrük orqanları, sahə assosiasiyaları və ixtisaslaşdırılmış birliklər iştirak edəcəklər.

Bundan başqa, dibdərinləşdirmə işləri, mühəndislik həlləri və liman texnologiyaları üzrə ixtisaslaşmış şirkətlərin, habelə hüquq, sığorta və sürveyer təşkilatlarının iştirakı gözlənilir.

Forumun təşkilatçıları qeyd ediblər ki, Bakının foruma ev sahibliyi etməsi onun regional nəqliyyat sistemindəki strateji mövqeyi ilə bağlıdır. Şəhər Orta Dəhlizin dəniz və quru marşrutlarının kəsişdiyi, eləcə də infrastruktur operatorlarının, logistika biznesinin və potensial investorların nümayəndələrinin bir araya gəldiyi əsas qovşaqlardan biridir.

Təşkilatçılar ümid edirlər ki, forum konkret investisiya layihələrinin, infrastrukturun inkişafının və Asiya, Xəzər dənizi və Qara dənizlə Avropa arasında nəqliyyat əlaqələrinin səmərəliliyinin daha da artırılmasının müzakirəsi üçün platformaya çevriləcək.

Qeyd edək ki, "Report" agentliyi konfransın informasiya tərəfdaşıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 İyul 2026 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri