Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Bakıda 13 cü Xəzər Enerji Forumu

Bakıda 13 cü Xəzər Enerji Forumu

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Dünən Bakıda 13-cü Xəzər Enerji Forumu keçirilib. Forumun əsas məqsədi COP29 və COP30 tədbirləri fonunda beynəlxalq enerji gündəminin düzgün və səmərəli şəkildə təqdim edilməsini təmin etmək, regionda bərpaolunan enerji və qaz sahəsində əsas layihələri tanıtmaq və dəstəkləmək, “Yaşıl enerji dəhlizi”nin inkişafı ilə bağlı fikir mübadiləsi aparmaqdan ibarət olub.

Bununla yanaşı, forumda dövlət, biznes və beynəlxalq təşkilatlar arasında dialoqun dərinləşdirilməsi, dayanıqlı enerji sahəsində investisiyaların cəlb olunması və tərəfdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər, eləcə də regionun qlobal enerji keçidindəki rolu da müzakirə mövzuları sırasında yer alıb. Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib ki, ölkəmiz regionun yeni enerji xəritəsinin formalaşmasında həm istehsalçı, həm də mühüm tranzit rolu oynayır. Onun sözlərinə görə, Qarabağda və Şərqi Zəngəzurda bərpaolunan enerji üzrə layihələrin gerçəkləşdirilməsi, eləcə də Xəzər dənizinin külək potensialından istifadə Azərbaycanı “yaşıl enerji”nin regional mərkəzinə çevirir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva qeyd edib ki, ölkəmiz qlobal iqlim dəyişikliklərinə adaptasiya üzrə öz məqsədlərini həyata keçirir. Bərpaolunan enerji mənbələrinin və onların daşınması infrastrukturunun inkişafının Azərbaycana “yaşıl enerji”nin tranzit mərkəzinə çevrilmək imkanı yaratdığını vurğulayan rəis müavininin sözlərinə görə, “yaşıl iqtisadiyyat”a keçid iqtisadi modernləşmə, innovasiyalar və uzunmüddətli rəqabət qabiliyyətinin formalaşması deməkdir.

S.Musayeva siyasi və ictimai maarifləndirmənin, izahat kampaniyalarının aparılmasının vacibliyinə diqqət çəkərək bu baxımdan Qarabağda və Şərqi Zəngəzurda “yaşıl iqtisadi zona”ların yaradılması, eləcə də “yaşıl sənaye parkları”nın formalaşdırılması və işə salınmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycan dövlətinin bərpaolunan enerji istehsalı təşəbbüslərinin əsas dəstəkçisi olduğunu xatırladan rəis müavini onu da bildirib ki, ölkəmizin Avropa İttifaqına ixrac edəcəyi məhsulların 0,4 faizinə “karbon vergisi” təsir göstərəcək. Onun sözlərinə görə, Avropa İttifaqında yeni qəbul olunmuş sadələşdirilmə mexanizmləri nəzərə alınsa, ümumiyyətlə, bu təsirlər kifayət qədər az olacaq.

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev çıxışında bildirib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı hidrogen enerjisi üzrə yol xəritəsinin hazırlanmasında Azərbaycana dəstək göstərir. Onun sözlərinə görə, AYİB hidrogen enerjisinin inkişafı üzrə yol xəritələrinin hazırlanması çərçivəsində ölkəmizlə fəal əməkdaşlıq edir və sözügedən yol xəritələri bu sahədə gələcək layihələr üçün təməl rolunu oynayacaq.

Agentlik direktoru daha sonra deyib ki, bank artıq Azərbaycan tərəfinə həm maliyyə, həm də ekspert dəstəyi göstərir və sənədin ətraflı və icraya yönəlmiş formada hazırlanması üçün beynəlxalq konsaltinq şirkətinin seçimi prosesi yekun mərhələyə çatıb. O, həmçinin xatırladıb ki, COP29 çərçivəsində Azərbaycan hidrogen enerjisinin inkişafı üzrə öz baxışını və geniş beynəlxalq maraq doğuran strateji sənədini təqdim edib.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, Azərbaycanın kiçik və orta biznes subyektləri “yaşıl enerji” strategiyasının həyata keçirilməsinə əhəmiyyətli töhfə vermək imkanına malikdir. Ölkənin elektrik enerjisi və əlaqəli sektorlar üzrə istehsal və təchizat sahəsində 300-dən artıq KOB subyektinin fəaliyyət göstərdiyini diqqətə çatdıran agentlik rəhbərinin sözlərinə görə, həmin müəssisələrdə 14 minə yaxın işçi çalışır və 2023-cü ilin göstəricisinə əsasən 900 min manata yaxın məhsul istehsalı qeydə alınıb.

Azərbaycanda fəaliyyət göstərən biznes subyektlərinin 99,7 faizinin KOB-ların payına düşdüyünü və burada 400 min nəfərdən artıq işçi qüvvəsinin cəmləşdiyini qeyd edən O.Məmmədov bununla da KOB-ların həm özlərinin “yaşıl” və qənaətli enerji istehlakını artıra biləcəyini, həm də işçi heyəti arasında bu cür təcrübələrin tətbiqini genişləndirə biləcəyini bildirib.

Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camal çıxışında təmsil etdiyi qurumun ölkəmizdə bərpaolunan enerjinin və enerji səmərəliliyinin inkişafını fəal şəkildə dəstəklədiyini bildirib. Qeyd olunub ki, AİB hidrogen də daxil olmaqla yeni texnologiyalar, enerji istehsalı və şəbəkə infrastrukturu sahələrinə investisiya qoyur və “yaşıl istiqrazlar” və zəmanətlər vasitəsilə özəl kapitalı cəlb edir. Sunniya Durrani-Camal deyib ki, AİB 25 ildən artıq fəaliyyəti ərzində Azərbaycana, təxminən, 5,5 milyard dollar investisiya qoyub, bunun isə 4,4 milyardı dövlət sektoruna, qalanı isə özəl sektora yönəldilib.

Forum çərçivəsində “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov və “Caspian Energy Club” qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev arasında Anlaşma Memorandumu imzalanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see477

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see448

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see324

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see321

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see272

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see256

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see255

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see240

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see239

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see230

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see226

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see222

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see219

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see218

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see210

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see207

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see204

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see202

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see199

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri