Bakıda “Qayıdış hüququ Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfrans keçirilir
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dekabrın 5-də Bakıda Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransın açılışında Qərbi Azərbaycan İcması haqqında qısametrajlı film nümayiş olunub.
Sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının qayıdış hüququ mövzusunda təşkil etdiyi konfrans iki gün davam edəcək. Konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 05 Dekabr 2024 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















