Bakıda qəribə olay: Adam bıçaqladı, məni süni intellektlə idarə edirlər dedi
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Bakıda avtomobil təkərlərinin deşilməsi üstündə başlayan mübahisə ağır cinayətlə nəticələnib.
Demokrat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı mühakimə olunan şəxs məhkəmədə verdiyi ifadədə onu "süni intellekt vasitəsilə idarə etdiklərini" iddia edib.
İttihama görə, hadisə 2025-ci ilin iyul ayında gecə saatlarında paytaxtın yaşayış massivlərindən birində baş verib. Təqsirləndirilən şəxs park edilmiş avtomobilin təkərlərini deşərkən bunu görən və ona irad bildirən şəxslə mübahisə edib.
İstintaq materiallarında göstərilir ki, mübahisə zamanı təqsirləndirilən şəxs üzərində gəzdirdiyi mətbəx bıçağı ilə zərərçəkmişə iki zərbə endirib. Nəticədə zərərçəkən döş qəfəsinin plevra boşluğuna nüfuz edən, ağciyər və diafraqmanın zədələnməsi ilə müşayiət olunan, həyat üçün təhlükəli ağır bədən xəsarətləri alıb.
Məhkəmə prosesində təqsirləndirilən şəxs özünü təqsirli bilməyib. O bildirib ki, hadisənin iştirakçısı olmayıb, sadəcə şahid qismində orada olub.
Onun məhkəmədə səsləndirdiyi ən diqqətçəkən fikir isə belə olub: "Məni süni intellekt vasitəsilə kənardan idarə edirlər".
Təqsirləndirilən şəxs həmçinin hadisə yerində tərəflər arasında baş verənləri gördüyünü, lakin bıçaqlanma hadisəsini törətmədiyini iddia edib.
Zərərçəkmiş şəxs isə məhkəmədə tam fərqli ifadə verib. O bildirib ki, yaşadığı binanın qarşısında qonşusuna məxsus avtomobilin təkərlərinin deşildiyini görüb və buna etiraz edib. Onun sözlərinə görə, təqsirləndirilən şəxs əvvəlcə hadisə yerindən uzaqlaşıb, daha sonra binanın arxa hissəsində yenidən qarşılaşdıqları zaman əlindəki bıçaqla ona hücum edib.
Zərərçəkmiş bildirib ki, qaçmağa çalışarkən yıxılıb və həmin anda təqsirləndirilən şəxs onun üstünə çıxaraq ard-arda bıçaq zərbələri endirib.
Hadisənin şahidi də məhkəmədə verdiyi ifadədə zərərçəkmişin dediklərini təsdiqləyib. Şahid bildirib ki, avtomobilinin təkərlərinin deşildiyini gördükdən sonra qonşusu ilə birlikdə təqsirləndirilən şəxsin yanına gedib və mübahisə zamanı onun əlində bıçaq olduğunu müşahidə edib.
Məhkəmə təqdim olunan sübutları, şahid ifadələrini və ekspertiza rəylərini araşdırdıqdan sonra təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə - xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirib.
Hökmə əsasən, təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bakıda qəribə OLAY: Maşının təkərini deşdi, ona irad bildirəni isə bıçaqladı
09 Sentyabr 2026 09:48
Süni intellektlə mübahisə edəcək adam axtarılır
12 Mart 2026 11:43
Bakıda süni intellektlə idarə olunan piyada keçidləri olacaq? AÇIQLAMA
08 Dekabr 2025 16:11
Bakıda qatar adam vurub
01 Aprel 2025 14:20
Bakıda QƏRİBƏ OLAY: Məhkəmədən həbs olunmasını istədi
08 Aprel 2026 19:40
Baxış sayı:130
Bu xəbər 01 İyun 2026 17:23 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları