Icma.az
close
up
RU
Bakıda süni intellektlə idarə olunan piyada keçidləri olacaq? AÇIQLAMA

Bakıda süni intellektlə idarə olunan piyada keçidləri olacaq? AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Bakıda nizamlanmayan bəzi piyada keçidlərində piyadaların axını kəsilmir və nəticədə sürücülər dəqiqələrlə keçiddə piyadaların keçməsini gözləməli olurlar. Bu səbəbdən belə keçidlərdə ya peşəkar nizamlayıcı, ya da işıqfor quraşdırılmalıdır ki, həm sürücülərin narazılığı azalsın, həm də yol hərəkətinin təhlükəsizliyi və axıcılığı təmin edilsin.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, müasir şəhərlərdə yol hərəkətində iştirak edənlər arasında ən üst pillədə piyada durur və şəhər də piyadaya uyğun qurulmalıdır:

"Mövcud hərəkət iştirakında da piyadanın üstünlüyü təmin olunmalıdır. Yəni piyada səkiləri rəvan, baryersiz və qısa keçidli olmalıdır. Axına uyğun olaraq nizamlanmayan və ya nizamlanan, işıqforlu idarə olunan keçidlər, həm düyməli, həm də adi işıqforlarla axınlar nizamlanmalı və piyadanın qısa, rahat, rəvan keçidləri təmin edilməlidir. Bu axınların təhlili Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən aparılır və düşünürəm ki, müasir dünyanın yeni texnologiyalarından, yəni süni intellektlə idarə olunan, ağıllı kameralarla işləyən sistemlərlə bunu daha optimal həll etmək mümkündür. Ümumi olaraq, şərait nə qədər çox yaradılırsa, insanların hərəkət növlərinə meyili bir o qədər artır. Yəni insanlar gördükcə ki, burada şərait var, yol rəvandır, piyada səkisi var və bu şəraitdə hərəkət edirlər. Piyada səkisinin yanında onun qısa keçidləri də olmalıdır. Yəni piyada uzun məsafə qət etməməlidir. Həmçinin, azmobilliləri də nəzərə alaraq, bu fazalarda əlavə saniyələr qoyulur ki, yaşlılar, uşaqlar, xəstələr hərəkət edə bilsin. Yəni hamı sürətlə hərəkət etməyə bilər və buna görə də bu şərait nəzərə alınaraq qurulmalıdır".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Dekabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri