Icma.az
close
up
RU
Bakıda qətl törədən yeniyetmələrin CİNAYƏT İŞİ “Sən kimsən? Mən mikrorayon uşağıyam”

Bakıda qətl törədən yeniyetmələrin CİNAYƏT İŞİ “Sən kimsən? Mən mikrorayon uşağıyam”

Manset saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda söyüş üstündə qətl törətməkdə təqsirləndirilən yeniyetmələrin cinayət işinin bəzi detalları məlum olub.

Manset.az Lent.az-a istinadla xəbər verir ki, aparılmış istintaqla müəyyən edilib ki, yetkinlik yaşına çatmayan Qismət Nağıyev ötən ilin iyununda tanışı, yetkinlik yaşına çatmayan Elmidar Məmmədquliyevin doğum gününü qeyd etmək üçün "Huqqa" restoranına gediblər. Restorandan çıxanda gecə saat 12-də "McDonald's"ın qarşısından keçərkən hər ikisinin tanışları olan Əli Məmmədov və Elxan Əliəsgərovun tanımadıqları bir neçə şəxslə söhbət etdiklərini görüblər.

Onlar həmin şəxslərlə, eyni zamanda tanımadıqları və yüngül sərxoş vəziyyətdə olan Nicat Bədəlovla salamlaşıblar.

Bu məqamda Nicat Bədəlov Elmidar Məmmədquliyevə "Sən kimsən? Mən mikrorayon uşağıyam dağıtdığım arxa dayanmır" deyib.

Bu sözdən sonra tərəflər arasında sözlü mübahisə yaranır. Sözə aydınlıq gətirmək üçün Nicat Bədəlovun təklifi ilə Elmidar Məmmədquliyevlə birlikdə "Əcəmi" metrostansiyasının arxa tərəfində yerləşən bir mərtəbəli tikilinin arxasına gediblər.

Daha sonra Elmidar Məmmədquliyev üzərində olan bıçağı çıxarıb Nicat Bədəlovun sol vurmaq istəyərkən bıçaq Nicat Bədəlovun üzərində olan "Iphone7" markalı mobil telefonunun arxa hissəsinə dəyib.

Nicat bu zərbədən yayınaraq onun əlindəki bıçağı almağa çalışır.

Bunu görən Elmidar Məmmədquliyev Nicat Bədəlovu tutaraq hərəkətini və müqavimətini qırmağa çalışır.

Elmidar yenidən əlindəki bıçaqla Nicatın qarın və bud nahiyəsindən zərbələr endirir.

Nicat yenidən onun əlindən çıxaraq hadisə yerindən uzaqlaşmağa müvəffəq olur.

Elmidar Məmmədquliyevlə cinayətkar qəsdini davam etdirmək üçün ardınca qaçsalar da Nicat Bədəlovun yaxınlıqda olan tanışları Murad Nemətov və Elxan Əliəsgərovun yanına getməsini gördükdən sonra dayanırlar və hadisə yerini tərk edirlər.

Nicat Bədəlov həmin vaxt Murad Nemətov tərəfindən təcili yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Elmidar Məmmədquliyev və Qismət Nağıyev şübhəli şəxs qismində saxlanılıblar.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 21 Yanvar 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri