Bakıda qeyri etik ifadə üstündə dostunu öldürdü
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Bakının Nəsimi rayonunda qətl hadisəsi baş verib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Əlimərdan Topçubaşov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, qonşuluqda yaşayan və uzun illərdir bir-birini tanıyan iki nəfər arasında mübahisə faciə ilə nəticələnib. İddialara görə, 34 yaşlı Mahmud Əliyev 44 yaşlı tanışı Rüfəti yaşadığı mənzildən küçəyə çağırıb. Mübahisə zamanı Mahmud Əliyev tanışına bıçaqla zərbə endirib.
Ağır xəsarət alan Rüfət hadisə yerində həyatını itirib.
Yaxınlarının sözlərinə görə, mərhum subay olub. Hadisəni törətməkdə şübhəli bilinən Mahmud Əliyev isə bir müddət əvvəl ailəsindən ayrılıb və psixoloji gərginlik içərisində olub.
Qonşuların bildirdiyinə görə, tərəflər arasında əvvəllər də müəyyən narazılıqlar yaşanıb. İddialara əsasən, son mübahisəyə səbəb Rüfətin Mahmud Əliyevə ünvanladığı qeyri-etik ifadə olub. Bundan sonra onların arasında yaranan mübahisə qanlı sonluqla nəticələnib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Mahmud Əliyev saxlanılıb.
Araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 22 İyun 2026 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















