Icma.az
close
up
RU
Bakıda qızla parkda görüşən oğlanın başına iş gəldi 1200 manat ziyana düşdü

Bakıda qızla parkda görüşən oğlanın başına iş gəldi 1200 manat ziyana düşdü

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Nəsimi rayonunda yerləşən Səməd Vurğun adına istirahət parkında qızla görüşən oğlanın başına iş gəlib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Hamlet Səməd Vurğun adına istirahət parkında olarkən Ülvinin (adlar şərtidir – red.) mobil telefonunu oğurlayıb.
İstintaq sənədlərinə görə, Hamlet Ülvinin tanışı Ülviyyə ilə birlikdə skamyada əyləşdiyini görüb. Bu zaman Ülvinin mobil telefonunun skamyanın üzərində olmasından, Ülvinin sevgilisinin mobil telefonu vasitəsilə sosial şəbəkələrə baxaraq video izləməsi ilə bağlı fikrinin yayınmasından istifadə edib, skamyanın üzərində olan mobil telefonu oğurlayıb, ona 1203 manat məbləğində maddi ziyan vurub.
Hamletin barəsində Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Hamlet ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllər Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə məhkum olunub və 2024-cü ilin sentyabr ayında azadlığa buraxılıb:
“Novxanı qəsəbəsində fəhlə işləyirəm və qardaşımla eyni ünvanda yaşayıram. Məlum hadisə günü, saat 21:40 radələrində tək olaraq Səməd Vurğun parkında gəzərkən bir nəfər cavan oğlanın və yanında, sol tərəfində qızın skamyada əyləşdiklərini gördüm. Oğlanın sol tərəfində isə heç kimin əyləşmədiyini və oğlanın sağ tərəfində, skamyanın üzərində mobil telefon olduğunu gördüm. Heç kimin görmədiyi bir vaxtda mobil telefonu gizli olaraq talayaraq oradan uzaqlaşdım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra mobil telefona baxdıqda onun sönülü olduğunu görüb və əynində olan şalvarın sağ yan cibinə qoyaraq yaşadığı ünvana gedib:
“Evdə mobil telefona baxdıqda “iPhone” markalı mobil telefon olduğunu, “iPhone” markalı mobil telefonun polis əməkdaşları tərəfindən tez tapıldığı üçün satmaq fikrindən daşındım və özümdə saxladım. Növbəti gün polis əməkdaşları mənə yaxınlaşaraq mobil telefonun oğurlanması barədə bildirdilər. Mən etiraf edərək həmin mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim etdim. Bundan başqa, analoji cinayət hadisəsi törətməmişəm. Oğurluq hadisəsini tək olaraq törətmişəm, bu barədə heç kimə bildirməmişəm”.
Zərərçəkmiş Ülvi ifadəsində göstərib ki, oğurluq baş verən dövrdə Azərbaycan Texniki Universitetinin 2-ci kurs tələbəsi olub:
“Məlum hadisə günü, təxminən saat 21:40 radələrində Səməd Vurğun parkında tanışım Ülviyyə ilə görüşdüm və oturacağın üzərində əyləşərək onun mobil telefonunda olan “TikTok” sosial şəbəkəsinə baxdıq. Həmin vaxt özümə məxsus, 11 ay bundan öncə kreditə aldığım, dəyəri 2200 manat təşkil edən “iPhone 15 Pro” markalı mobil telefonu sağ tərəfimdə, oturacağın üzərinə qoydum. Ülviyyə ilə onun mobil telefonuna baxdığımız üçün öz mobil telefonuma nəzarət edə bilmədim. Bir neçə dəqiqədən sonra aşkar etdim ki, mobil telefon naməlum şəxs tərəfindən oğurlanıb”.
Zərərçəkmiş daha sonra qeyd edib ki, üzərindən hər hansı bir pul və yaxud qiymətli əşya oğurlanmayıb.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Hamlet 4 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Avqust 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri