Icma.az
close
up
RU
Bakıda “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib

Bakıda “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Bakı Dövlət Universitetində (BDU) bakalvriatura və magistratura təhsil səviyyələrində 25 minə yaxın (24 min 739 nəfər) tələbə təhsil alır.

"Report" xəbər verir ki, bunu BDU-nun rektoru Elçin Babayev təhsil müəssisəsində “Qızların təhsil hüququ” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Rektorun sözlərinə görə, onlardan 16 min 641 nəfəri, təxminən 67, 2 %-i qızlardır:

"Bu il BDU-ya 5 min 414 tələbə qəbul olunub, onlardan 3 min 803 nəfəri, başqa sözlə, 70 faizi qızlardır. Son imtahan sessiyasında qız tələbələrin oğlan tələbələrlə müqayisədə müvəffəqiyyət göstəricisi təxminən 20 faiz çox olub".

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında deyib ki, Azərbaycanda qızların təhsili uzunmüddətli hədəflərdəndir:

Emin Əmrullayev

"Təhsil sahəsində görülən işlərin nəticəsi adətən ən tezi 20 il müddətinə görülür. Məsələn, bu gün təhsil almayan qız 10-15 ildən sonra ana olur və övladı növbəti 20 ilə əmək bazarına daxil olur. Təxminən 35 ildən sonrakı reallığı - bu günün fəaliyyəti və ya fəaliyyətsizliyini müşahidə etmiş oluruq. Bu səbəbdən, qızların təhsilə əlçatanlığı və keyfiyyətli təhsil alması vacib amildir".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə əlavə edib ki, Azərbaycanda təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir:

"Bu gün Azərbaycanda hər bir vətəndaşın təhsil alması üçün müvafiq şərait yaradılıb. Hətta dövlət bu sahədə ayrı-seçkiliyə yol verilməməsinə, mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrində təhsilalanlar üçün bərabər imkanlar yaradılmasına geniş təminat verir".

Bahar Muradova

Konfrans mövzu ətrafında çıxışlarla davam edib.

Daha sonra BDU ilə Dövlət Komitəsi arasında elmi-tədqiqat, təhsil, sosial və innovativ layihələr çərçivəsində əməkdaşlığın qurulması və inkişaf etdirilməsinəı dair Memorandum imzalanıb.

Qeyd edək ki, konfrans BDU, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutub.

Foto: Məhəmməd Ağayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://report.az
archiveBu xəbər 20 Fevral 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see220

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see212

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see195

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see192

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see191

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see178

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see178

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see171

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see167

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see164

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see164

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see164

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see160

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see154

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see146

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri