Icma.az
close
up
RU
Bakıda “Konstitusiya etnomədəni müxtəlifliyin qarantı kimi” mövzusunda konfrans keçirilib

Bakıda “Konstitusiya etnomədəni müxtəlifliyin qarantı kimi” mövzusunda konfrans keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 11-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya etnomədəni müxtəlifliyin qarantı kimi” mövzusunda konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətənimizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi mühüm bir addımdır. Çünki Konstitusiya Azərbaycanın suverenliyinin təmin olunmasında əsas hüquqi bazadır, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşının hüquq və azadlıqlarının təmin edilməsinin təməlidir.

O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə müxtəlif etnik azlıqların və dini icmaların bir arada yaşaması və bərabər hüquqlara malik olması məqsədilə vacib hüquqi və sosial addımlar atılıb. Bu addımlardan ən önəmlisi 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunması idi. Konstitusiyanın qəbulu Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. O vurğulayıb ki, Prezident İlham Əliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasətini uğurla davam etdirir, Azərbaycanda etnik və dini müxtəlifliyin qorunmasına xüsusi önəm verir. Azərbaycan iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla, Şərq və Qərbin qovşağında öz nüfuzunu gücləndirməkdədir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası ölkədə yaşayan bütün etnik və dini qrupların hüquqlarının qorunmasına, onların azad şəkildə öz mədəniyyətlərini, dillərini və ənənələrini yaşatmasına zəmanət verən əsas hüquqi sənəddir. Konstitusiyada təsbit olunmuş multikultural dəyərlər Azərbaycanın tarixindən, onun çoxmillətli və çoxkonfessiyalı cəmiyyət quruluşundan qaynaqlanır. Akademik qeyd edib ki, Azərbaycan dövləti etnik və dini müxtəlifliyi milli sərvət kimi qəbul edir və bu müxtəlifliyin qorunması üçün ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Kamal Abdulla vurğulayıb ki, Konstitusiyada vətəndaşların bərabərliyi prinsipi yalnız hüquqi norma deyil, həm də praktikada öz əksini tapan mühüm bir dəyərdir. Bu prinsipin həyata keçirilməsi sayəsində ölkədə yaşayan bütün millətlərin nümayəndələri özlərini cəmiyyətin ayrılmaz hissəsi kimi hiss edir, ictimai-siyasi, elmi-mədəni həyatın bütün sahələrində fəal iştirak edirlər. O, həmçinin bildirib ki, bu gün Azərbaycanın müxtəlif beynəlxalq platformalarda multikulturalizm modelini təbliğ etməsi və bu sahədə dialoqlara ev sahibliyi etməsi məhz Konstitusiyanın təməl prinsiplərinə söykənir.

Milli Məclisin sədrinin müavini Musa Qasımlı çıxışında qeyd edib ki, Konstitusiya ölkənin siyasi sabitliyinin və demokratik inkişafının əsas hüquqi çərçivəsini müəyyənləşdirir və burada əks olunan multikultural dəyərlər tarixən formalaşmış milli birlik və tolerantlıq ənənələrinin davamıdır. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa isə bildirib ki, Konstitusiya azadlıq və tolerantlıq prinsiplərinin dövlət siyasətinə çevrilməsini təmin edir və bu, Azərbaycanın beynəlxalq nüfuzunu artırır.

Milli Məclisin deputatları Tural Gəncəliyev, Mixail Zabelin Azərbaycan cəmiyyətində multikultural dəyərlərin möhkəmlənməsində parlamentin vətəndaş cəmiyyəti ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıblar. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə insan hüquqlarının qorunması sahəsində Konstitusiyanın əsas rolunu diqqətə çatdırıb və bildirib ki, bu sənəd hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatçısıdır.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski çıxışlarında qeyd ediblər ki, Azərbaycanda bütün dinlərin nümayəndələri sülh, qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində yaşayır.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Əliyev də çıxışlarında bildiriblər ki, Azərbaycanın Konstitusiyası milli-mədəni dəyərlərin qorunmasına, dini və etnik müxtəlifliyin inkişafına imkan verən hüquqi baza yaradır və bu da dövlətin multikulturalizm siyasətinin davamlılığını təmin edir.

Konfransda “Heydər Əliyev və Azərbaycan multikulturalizmi” sənədli filmi nümayiş olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hidayət Məhərrəmli yarım milyonumu ələ keçirtdi, məni dəfələrlə döydü Fotolar

11 Sentyabr 2025 16:54see178

Yeni telefon modelləri Azərbaycanda təxminən neçə manata satışa çıxacaq?

11 Sentyabr 2025 16:00see141

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see140

İsrail bununla islam dünyasına müharibə elan etdi HƏMAS

11 Sentyabr 2025 19:27see139

Təcrübəli futbolçularımız da sözlərini dedilər Rüstəm Məmmədov

12 Sentyabr 2025 00:01see134

Ermənipərəst senatorun həyat yoldaşı da məhkum edilib

11 Sentyabr 2025 22:12see132

“Çarli Kirk cəmiyyətin qəlbini qazandığı üçün öldürülən lider“ “Washington Examiner“

11 Sentyabr 2025 21:02see128

Arıqlamağa kömək edən İÇKİ Effekti təsdiqləndi

12 Sentyabr 2025 03:32see127

Formula 1 lə görə bu küçələr avtomobillər üçün bağlanır

11 Sentyabr 2025 10:09see125

Amerikada qızılcaya yoluxan uşaq ölüb

12 Sentyabr 2025 15:13see123

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see123

Paketadan ayrılıq qərarı

12 Sentyabr 2025 14:29see121

Yas məclisi təşkil etmək əvəzinə məhəlləyə yol çəkdirmək ehsan hesab edilir? AÇIQLAMA

11 Sentyabr 2025 12:37see121

Orban: Ursula fon der Leyen istefa verməlidir

11 Sentyabr 2025 14:47see121

Su varsa, həyat da olacaq!

11 Sentyabr 2025 10:36see121

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see120

Heç vaxt icazə verməyəcəyik ki, bir əsgər belə... Salvini

12 Sentyabr 2025 01:45see120

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see118

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see115

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri