Icma.az
close
up
RU
Bakıda qonşusuna kəllə “atan” qadına CƏZA VERİLDİ

Bakıda qonşusuna kəllə “atan” qadına CƏZA VERİLDİ

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sabunçu rayonunda iki qonşu qadın arasında mübahisə məhkəmədə yekunlaşıb.
Bizim.Media xəbər verir ki, hadisə məhəllədə uşaqların futbol oynaması səbəbi ilə baş verib.
Zərərçəkmiş şəxs A.Əliyeva (soyadı şərtidir) izahatında bildirib ki, hadisə olan gün uşaqlar küçədə futbol oynayıblar. Bu zaman uşaqlardan biri topa vurarkən top onun sifəti istiqamətinə gəlib, amma başını əydiyi üçün top başının üstündən keçib gedib.
O da azyaşlıya irad bildirib. Bu zaman futbol oynayan və uşaqları izləyən qonşusu
B.Məmmədova (soyadı şərtidir) ona deyib ki, "sən nə deyirsən, uşaqdırlar da". Bu zaman təqsirləndirilən şəxsin yanında, 3 nəfər tanımadığı digər şəxs olsa da, başqa heç kim onunla mübahisə yaratmağa çalışmayıb və mübahisəni sakitləşdirmək istəyiblər.
A.Əliyeva görüb ki, qonşusu mübahisəyə meyillidir, buna görə də oradan uzaqlaşıb, bacısı və qızı ilə birlikdə evinə gedib.
Daha sonra isə yaşadığı həyət evinə daxil olduqdan təxminən 15 dəqiqə sonra o və bacısı yaşadığı evin həyətində oturan zaman darvazanın şiddətlə döyüldüyünü eşidiblər. Bacısı darvazaya yaxınlaşıb və açdıqda görüb ki, gələn mübahisə edən qonşusu B.Məmmədovadır.
Bu zaman o, həyətə daxil olmaq istəyib, lakin bacısı imkan verməyib. O isə bacısına onu içəri buraxmasını deyib.
Daha sonra A.Əliyeva və B.Məmmədova arasında mübahisə yaranıb. Mübahisə zamanı B.Məmmədova kəllə ilə A.Əliyevanın sifət nahiyəsinə vurub və üzərinə hücum çəkməyə başlayıb.
Bacısı araya girib onları sakitləşdirib. Aldığı zərbə nəticəsində A.Əliyevanın burun nahiyəsindən qan gəlib və burnundan xəsarət alıb. Daha sonra Daxili İşlər Nazirliyinin "102" çağrı mərkəzinə zəng vuraraq qonşusu tərəfindən döyülməsi barədə məlumat verib.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə B.Məmmədova Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona yeddi ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. (Oxu.az)
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Noyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri