Bakıda qoşa xətlərin silinməsi sürücülərin cərimələnməsinə səbəb olur VİDEO
Icma.az bildirir, Pravda.az portalına istinadən.
Bakının Xətai rayonu, Lütfizadə küçəsində yolboyu çəkilən qoşa xətlərin silinməsi sürücülərdə çaşqınlıq yaradır. Bu vəziyyət, həmçinin bəzi hallarda sürücülərin cərimələnməsinə də səbəb olur. Pravda.az Xəzər TV-yə istinadən məlumat verir ki, əraziyə yaxın yaşayanlar bildiriblər ki, bu məsələ uzun müddətdir problem olaraq qalır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, silinən nişanlama xətlərinin yenilənməsi mərhələli qaydada həyata keçirilir. Sözügedən ərazidə də nişanlama xətləri yaxın zamanda yenilənəcək.

Bakıda qoşa xətlərin silinməsi sürücülərin cərimələnməsinə səbəb olur
26 Mart 2025 23:06
Bakıdakı yolda dəyişiklik sürücülərin cərimələnməsinə səbəb olur VİDEO
24 Noyabr 2024 09:50
Bakıdakı yolda dəyişiklik sürücülərin cərimələnməsinə səbəb olur VİDEO KONKRET
24 Noyabr 2024 09:55
Bakıdakı yolda dəyişiklik sürücülərin cərimələnməsinə səbəb olur
24 Noyabr 2024 01:37
