Icma.az
close
up
RU
Bakıda rəhbərinin bahalı saatını işçisi necə oğurlayıb? “Məni sillə ilə vurdu…”

Bakıda rəhbərinin bahalı saatını işçisi necə oğurlayıb? “Məni sillə ilə vurdu…”

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

- +

QuestNet Ltd. Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (QNET) ofisində baş verən oğurluq hadisəsi ilə bağlı məhkəmə işi yekunlaşıb.

Qaynarinfo-nun məlumatına görə, hadisə Bakı şəhəri, Nərimanov rayonu, 37 saylı ünvanda fəaliyyət göstərən “QNET” LTD-nin ofisində baş verib. Oğurluğu isə 1997-ci ildə Sabirabad şəhərində anadan olmuş, rayonun Bəylik kəndində qeydiyyatda olan və Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə fərdi tikilidə kirayədə yaşayan Yaşar (şərti) adlı işçi törədib. O, müdirinə məxsus 4.207,5 manat dəyəri olan (2.475 ABŞ dolları) “Bernhard H.Mayer” markalı qol saatını oğurlayıb.

Yaşar oğurluq törətməsi ilə bağlı faktı belə təsdiqləyib:

“QNET” LTD-də təxminən 2022-ci ilin may ayının əvvəllərindən işləyirdim. İş yeri sonradan Nərimanov rayonunda yerləşən ofislərdən birinə köçdü. İş fəaliyyəti turizm paketlərinin, brend saatların və digər məhsulların internet üzərində sifarişi və satışından ibarətdir. Şirkətdə təxminən 50 nəfərdən çox əməkdaş var idi. Şirkət rəhbərinin qolunda xatırlamadığım markaya məxsus qol saat gördüm. İş yoldaşım dedi ki, saatın qiyməti təxminən 2.000 ABŞ dollarından bahadır. Şərait yanandığı zaman saatı oğurlayaraq, satmaq qərarına gəldim. 15 may 2022-ci il tarixdə saat 16 radələrində saatın ofisdə masanın üzərində olduğunu gördüm və götürdüm.

Daha sonra saatı şirkətin anbarında yerləşən tualetdə unitazın su toplanan hissəsinə atdım. Məqsədim saatın su keçirib-keçirməməsini öyrəndikdən sonra satmaq idi. Bundan sonra 17 may 2022-ci il tarixdə şirkət rəhbəri nahar fasiləsində söhbət zamanı saatını tapan şəxsə 1.000 dollar pul verəcəyini bildirdi. Fikirləşdim ki, saatı onsuzda sata bilməyəcəm, onu tapmış kimi göstərib, 1.000 dollar alım. Anbara düşüb saatı gizlətdiyim yerdən götürdüm, iş yoldaşı Seyidə verib, onu şirkət rəhbərinə çatdırmasını və tualetdən tapdığını bildirməsini xahiş etdim”.

Bir qədər sonra şirkət rəhbəri ondan niyə oğurluq etdiyini soruşub. O da oğurluq etmədiyini bildirib. “Şirkət rəhbəri saatının, daha sonra isə Nicatın, Qabilin və Kənanın pul kisələrinin kim tərəfindən oğurlandığını soruşdu. Əvvəlcə pul kisələrinin kim tərəfindən oğurlanmasından xəbərimin olmadığını, saatı isə sadəcə olaraq tapdığımı bildirdim. Həmin vaxt orada bizdən başqa Seyid, Murad və Rafiq də var idi”.

Yaşar şirkət rəhbərinə saatı oğurladığını dedikdən sonra Fuad onun sifətinə şillə vurub. Bundan sonra onu işdən çıxarıblar və polisə şikayət ediblər.

Yaşar 44 günlük Vətən müharibəsinin iştirakçısı olmasını, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunduğunu bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə onun Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, “QuestNet” Ltd. Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Namiq Abbasov Elmas oğludur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 Dekabr 2024 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri