Evində işləyən qulluqçu Kasilyasın beş bahalı saatını oğurlayıb FOTO
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Evində işləyən qulluqçu qadın İspaniya millisinin keçmiş qapıçısı İker Kasilyasdan oğurluq edib.
İspaniya Milli Polisi Kasilyasın ev işçisini və bir kişini keçmiş “Real Madrid” və İspaniya milli komandasının qapıçısının evindən beş lüks saatın oğurlanmasında iştirak etməkdə şübhəli bilərək saxlayıb.
Bu barədə İdman.Biz “Marca”ya istinadən məlumat verir.
Əməliyyat nəticəsində oğurlanmış iki saat tapılıb, qalan üçünün axtarışı isə davam edir. Saatların ümumi dəyəri 175 min funt sterlinq olaraq qiymətləndirilir.
Kasilyas oğurluq barədə 16 oktyabrda, evindən saatların itdiyini gördükdən sonra məlumat verib. Şübhəlilər ölkəni tərk etməyi planlaşdırırdılar və 21 oktyabr çərşənbə axşamı günü həbs ediliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 25 Oktyabr 2025 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















