Icma.az
close
up
RU
Bakıda rəqabət, bölgələrdə boşluq: Ən çox narahatlıq doğuran PROBLEM

Bakıda rəqabət, bölgələrdə boşluq: Ən çox narahatlıq doğuran PROBLEM

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Təhsil sistemində ən çox narahatlıq doğuran məsələlərdən biri məktəblərdə müəllim çatışmazlığıdır. Paytaxt və böyük şəhərlərdə müəllim vakansiyalarına yüksək rəqabət müşahidə olunsa da, regionlarda bunun əksini görürük. Xüsusilə də kənd məktəblərində müəllim çatışmazlığı var. Düzdür, bu problemin həlli üçün müəyyən təkliflər verilib, müxtəlif layihələrin icrası həyata keçirilib. Maraqlıdır, icra olunan layihələr özünü nə dərəcədə doğruldub? Bu istiqamətdə son durum necədir?

BAKU.WS bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Hazırda Azərbaycanın ümumi təhsil müəssisələrində 20 mindən çox gənc müəllim çalışır. Son 5 ildə 18 min 136 müəllim işə qəbul olunub.

2023/2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 6081 gənc müəllim uğur qazanaraq ümumi təhsil müəssisələrinə işə qəbul edilib. Həmin müəllimlərdən 2967-si müddətsiz, 3114-ü isə müddətli müqavilə ilə təyin olunub. 3543 gənc müəllim isə həvəsləndirmə tədbirləri tətbiq edilən kənd məktəblərinə göndərilib. Onlardan 1768-i H1, 1775-i isə H2 tətbiq edilən məktəblərə qəbul olunub.

Görülən tədbirlər kifayət deyil

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirir ki, bölgələrdə müəllim çatışmazlığı problemi uzun müddətdir davam edir və getdikcə daha qabarıq şəkildə özünü göstərir: "Biz gələcəkdə bu problemin daha da dərinləşdiyinin şahidi olacağıq. Hesab edirəm ki, bu barədə ciddi düşünməyə ehtiyac var. Bəzi stimullaşdırıcı addımlar atılıb, lakin görünən odur ki, bu tədbirlər kifayət etmir. Bu sahəni necə daha effektiv şəkildə stimullaşdıra biləcəyimizi yenidən nəzərdən keçirməliyik".

Onun sözlərinə görə, önləyici addımlar atılmasa, problem gələcəkdə daha geniş miqyas alacaq: "Müəllim peşəsinə marağı artırmaq üçün real və ciddi addımlar atılmasına böyük ehtiyac var. Əks halda, regionlarda keyfiyyətli təhsil təminatı ciddi şəkildə risk altına düşə bilər".

Müəllimlər ucqar bölgələrə getmək istəmirlər

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri hesab edir ki, Azərbaycanda ümumilikdə müəllim çatışmazlığı problemi mövcud deyil. Onun fikrincə, əsas problem bəzi bölgələrdə, xüsusilə də ucqar kəndlərdə müəllimlərin yerləşdirilməsində yaranan çətinliklərlə bağlıdır: "Əgər hər il keçirilən MİQ müsabiqəsində vakant yerlərə uğur qazanan namizədlərin nisbətinə baxsaq, bu fərq daha aydın görünür. Məsələn, coğrafiya fənni üzrə hansısa regional təhsil idarəsinin ərazisində 20 vakant yer ayrılır. Lakin imtahanda bu fənn üzrə 300-400 namizəd yüksək nəticə toplayır. Onlardan 100-ə qədəri isə çox yüksək nəticə göstərir. Amma nəticədə yalnız 20 nəfər işə qəbul olunur, digərləri isə gözləmə mövqeyində qalır. Bu vəziyyət ölkədə kifayət qədər təcrübəli və bilikli müəllimlərin olduğunu göstərir. Problem isə onların bölgələrdə yerləşdirilməsi və sosial şəraitin buna uyğun olmamasındadır".

Sosial amillər

Elmin Nuri qeyd edir ki, kənd məktəblərində müəllim çatışmazlığı probleminin kökündə daha çox sosial amillər dayanır: "Ucqar kəndlərə müəllim göndərilməsi çətin məsələdir. Çünki bu bölgələrdə iqlim, yol və yaşayış şəraiti müəllimlərin orada uzun müddət işləməsinə imkan vermir. Digər tərəfdən, bu bölgələrə gedən müəllimlərin əksəriyyəti qadınlardır və onların bu şəraitə adaptasiyası daha çətin olur. Bu baxımdan müəllimlərin ucqarlara getməməsi tamamilə anlaşılan bir vəziyyətdir".

"Yaş limiti aradan qaldırılmalıdır"

Elmin Nuri hesab edir ki, H1 və H2 stimullaşdırıcı proqramlarında dəyişiklik edilməlidir: "Hazırda H1 həvəsləndirmə tədbiri rayon mərkəzindən 20 km uzaqda çalışan müəllimlərə, H2 isə 40 km uzaqda olanlara şamil edilir. Lakin bu dəstək yalnız 35 yaşa qədər olan müəllimlər üçün keçərlidir. Hesab edirəm ki, yaş limiti aradan qaldırılmalıdır".

Ekspert əlavə edir ki, stimullaşdırıcı tədbirlər daha cəlbedici edilməlidir: "Müəllimlərin ucqar bölgələrdə çalışması fədakarlıq tələb edir. Ona görə də bu fədakarlıq dəyərləndirilməli və H1, H2 proqramlarına əlavə maliyyə bonusları, güzəştlər və sosial dəstək paketləri daxil edilməlidir".

"Sistemli yanaşma yoxdur"

ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədovun fikrincə, bu problem təkcə kadrlara deyil, eyni zamanda təhsil sistemindəki struktur, sosial və idarəetmə çatışmazlıqlarına işarə edir: "Bu məsələ ilə bağlı sistemli yanaşma yoxdur. Nəticədə, hər il vəziyyət daha da ağırlaşır. Məsələn, 2023-cü il üzrə müəllimlərin işə qəbulu ilə bağlı açıqlanan rəqəmlər də bu fərqi təsdiqləyir. Bakı və Abşeron zonasında bir vakansiyaya orta hesabla 7 namizəd düşür. Amma Qax, Lerik, Kəlbəcər, Yardımlı, Balakən kimi rayonlarda bəzi fənlər üzrə heç bir namizəd müraciət etmir. Bu isə təkcə vakansiyaların dolmaması ilə yox, eyni zamanda həmin məktəblərdə tədrisin keyfiyyəti ilə bağlı ciddi suallar doğurur".

Mütəxəssis qeyd edir ki, dünyada müəllimlərin ucqar bölgələrə cəlb olunması üçün kifayət qədər müsbət təcrübələr mövcuddur: "Məsələn, Finlandiya və Cənubi Koreyada regionlarda müəllim çatışmazlığı problemi "qapalı məktəb" və "dövlət mentorluğu" modelləri ilə həll olunur. Finlandiyada ucqar kəndlərdə işləyən müəllimlərə rotasiya hüququ verilir: 3 il kənddə işləyən müəllim növbəti il şəhər məktəbində ixtisasartırma proqramına qoşulur. Koreyada isə kənd məktəblərində çalışan müəllimlərə 25-40% əməkhaqqı əlavəsi, həmçinin onların ailə üzvlərinə tibbi və təhsil dəstəyi verilir. Bu sistemlər təkcə maddi deyil, mənəvi və peşəkar dəstəyi də əhatə edir. Azərbaycanda isə Elm və Təhsil Nazirliyi bu yanaşmanı tamamilə nəzərdən qaçırır".

Təhsildə risk zonaları

Ekspert vurğulayır ki, müəllim çatışmazlığının aradan qaldırılması üçün ilk növbədə nazirlik regionlar üzrə "təhsil risk zonaları xəritəsi" hazırlamalıdır: "Bu xəritə müəllim ehtiyacını illik proqnozlar əsasında göstərməli, ali məktəblərə qəbul planları bu xəritəyə uyğun tənzimlənməlidir. Ucqar bölgələrdə müəllimlik üzrə təhsil alan tələbələrə xüsusi təqaüdlər və müqavilə ilə bölgələrdə işləmək öhdəliyi verilməlidir. Eyni zamanda, regionlarda müəllimlər üçün sosial paket - yaşayış, nəqliyyat, kommunal güzəştlər, ailə dəstəyi, peşəkar inkişaf hüquqları sistem halına salınmalıdır. Əgər bu tədbirlər həyata keçirilməzsə, yaxın beş ildə bölgələrdə təhsil imkanları daha da daralacaq, ixtisaslı müəllim tapmaq çətinləşəcək, təhsilin keyfiyyətində dərin regional fərqlər formalaşacaq. Bu, sadəcə pedaqoji yox, sosial təhlükəsizlik məsələsinə çevriləcək. Təhsil sisteminin davamlılığı üçün bərabərlik prinsipi əsas şərtdir və bu prinsipi yalnız mərkəzdə deyil, periferiyada da təmin etmək vacibdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://baku.ws
archiveBu xəbər 10 Avqust 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see281

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see248

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see224

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see224

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see219

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see211

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see206

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see192

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see189

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see188

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see188

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see187

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see185

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see185

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see175

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see173

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see171

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see165

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see164

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri