Icma.az
close
up
RU
Bakıda reversiv yollar yaradılacaq? Ekspert izah edir

Bakıda reversiv yollar yaradılacaq? Ekspert izah edir

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Məlum olduğu kimi, paytaxtın bir çox yollarında pik saatlardan asılı olmayaraq tıxaclar müşahidə olunur. Artıq demək olar ki, həftənin bütün günləri və günün istənilən saatında sözügedən halla qarşılaşırıq. Bu səbəbdən dünya praktikasında geniş tətbiq olunan “reversiv yol” sisteminin Azərbaycana gətirilməsi təklif edilir. Bu, avtomobil yollarında hərəkət istiqamətinin sutkanın müəyyən vaxtlarında dəyişdirildiyi xüsusi zolağa deyilir.

Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib ki, tıxac olan küçələrdə məhz avtobus və velosiped zolaqlarının təşkilinin qısa zamanda yaradılması mümkün alternativlərdəndir:

“Tıxac dünən də var idi, bu gün də var. Amma fərq ondadır ki, dünənki tıxacda alternativ yox idi. Bu gün isə avtobus zolaqları şəbəkəsi və mikromobillik zolaqları hərəkət üçün real alternativ yaradır.

Reversiv rejimin tətbiqi bizə nə verəcək? Şəhərimizin küçə-yol şəbəkəsi məhduddur. Tutaq ki, şəhərə giriş istiqamətində hərəkət zolaqlarının sayını artırdıq, amma yenə də darboğaz şəhərin içində yaranır və daxilolma problemi qalır. Tıxacın azalması üçün ciddi alternativlər formalaşdırmaq lazımdır və bunu mərhələli şəkildə etmək vacibdir.

Bu gün ayrılmış avtobus zolağı və mikromobilik zolaq mövcuddursa, bununla paralel piyada infrastrukturu da sürətləndirilməlidir. Piyada səkiləri abadlaşdırılmalı, maneələr aradan qaldırılmalı, təhlükəsiz keçidlər – zebraya, işıqfor malik piyada keçidləri təmin olunmalıdır.

Rauf Ağamirzəyev

Növbəti mərhələ — relsli nəqliyyatın inkişafıdır. Bu, dövlət proqramında qeyd olunub və ilkin işlər artıq başlayıb. Gələcəkdə həm metroda, həm də dəmir yolunda daha aktiv tikinti işləri aparılacaq. İctimai nəqliyyat növlərinin inkişafı tıxaca birbaşa təsir edən əsas amildir. Çünki avtomobillə səfər edənlərin sayı azaldıqca, mövcud avtomobil istifadəçilərinin müəyyən qismi ictimai nəqliyyata yönəldikcə tıxacın səviyyəsi və davametmə müddəti əhəmiyyətli dərəcədə azalacaq”.

Ekspert deyib ki, insanlara müxtəlif hərəkət imkanları təqdim etmək lazımdır:

“Çünki fərdi avtomobillərin çoxalması həm ekoloji problemlər, həm səs-küy çirkliliyi, həm də şəhərin ən dəyərli resursu olan torpağın qeyri-səmərəli istifadəsi ilə nəticələnir. Daha səmərəli, eyni zamanda, çoxluğun hərəkətini təmin etməliyik.

Hazırda ölkədə mobilliyin transformasiyası baş verir. Yeni zolaq şəbəkəsinin yaradılması ilə yeni alternativlər formalaşır. İnfrastruktur layihələrinin əsas hədəfi də müəyyən qrup avtomobil istifadəçisini ictimai nəqliyyata yönəltməkdir.

Reversiv rejim isə hazırda real fayda vermir. Gələcəkdə, məsələn, Bakı dairəvi yolunun tam başa çatmasından sonra əgər aparılan təhlillər reversiv rejimin şəhərə giriş nöqtələrində effektiv olacağını göstərərsə, o zaman tətbiq edilə bilər. Sürücülər avtomobillərini kənarda park edib şəhər daxilində ictimai nəqliyyatdan istifadə edə bilərlər. Bu, gələcək üçün nəzərdən keçirilə biləcək variantdır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri