Icma.az
close
up
RU
Bakıda gəzən gizli ölüm : gerçək səbəbi nədir? Ekspert izah edir

Bakıda gəzən gizli ölüm : gerçək səbəbi nədir? Ekspert izah edir

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Son zamanlar idman zallarında protein tozlarından və əlavələrdən istifadə halları artıb. Həkim Füzuli Hüseynovun bu barədə çıxışı geniş rezonans doğurub.

Sitat: “Protein tozları sintez edilib. Onu qəbul edən kimi birbaşa hüceyrələrə daxil olur və fantastik dərəcədə qidalandırır. Nəticədə gümarahlıq, yüksək enerji hiss edilir. Bunun sayəsində əzələ şişməyə başlayır. Bir müddətdən sonra isə metobalizma pozulur. Beləcə gənclərimizin həyatı məhv edilir”.

Bu kimi məhsulların orqanizm üçün hansı fəsadları var? Belə məhsullardan istifadə zamanı nələrə diqqət etməlidir?

Globalinfo.az-a danışan idman mütəxəssisi Aqşin Talıbov deyib ki, Azərbaycanda və digər ölkələrdə idman zallarında, xüsusilə fitnes yaxud bodibildinq üzrə məşqlər zamanı ölüm halları zaman-zaman yaşanır:

“Bu hadisələrin səbəbləri barədə bəzən idman ictimaiyyəti düzgün izah versə də, cəmiyyətdə çoxlu miflər səsləndirilir. Azərbaycan 1996-cı ildən etibarən idman ölkəsi kimi inkişaf edib və xüsusilə 2000-ci illərdən sonra fitnes və bodibildinq geniş yayılıb. Həmin dövrdən etibarən ölkənin müxtəlif bölgələrində böyük idman zalları açılıb və bu sahə əsasən Qərb ölkələrinin təcrübəsinə əsaslanaraq formalaşıb. Baş verən xoşagəlməz hadisələr çox vaxt yanlış olaraq proteinin və ya vitamin komplekslərinin üzərinə atılır. Halbuki hər insanın orqanizmi fərqlidir və əlavələrin təsiri də buna görə dəyişir. İdmanda iki istiqamət var: həvəskar və peşəkar. Peşəkar idmançılar yarışlara hazırlıq dövründə yüksək yük altında çalışırlar və bu tempə həm psixoloji, həm də təbii qida ilə çatdırmaq çətin olur. Buna görə də onların protein, amin turşuları və digər əlavələrdən istifadə etməsi tibbi nəzarət tələb edir.

Bəzi idmançılar yüksək yüklə çalışdığı halda zülal qəbulunu azaldır, bu isə zədə riskini artırır, ürək və tənəffüs sisteminə əlavə yük yaradır. Dünyada da buna bənzər hallar qeydə alınıb. Məsələn, məşhur bodibildinqçi Rich Piana 25 il ərzində davamlı şəkildə bu preparatlardan istifadə etdiyinə görə ciddi fəsadlarla üzləşib və 2015-ci ildə ürək çatışmazlığından evində vəfat edib”.

Mütəxəssis qeyd edib ki, bu prosesdə məşqçilərin üzərinə də böyük məsuliyyət düşür:

“Bəzən təcrübəsiz şəxslərə hələ ehtiyac olmadığı halda müxtəlif əlavələr tövsiyə edilir. Əlavələrin düzgün istifadə olunmaması şəkər, qan təzyiqi, hormonal pozuntular və metabolik problemlərə səbəb ola bilər. Buna görə də idmançılar idman həkiminə və reabilitasiya mütəxəssislərinə müraciət etməli, bədənlərinin hansı maddələri qəbul edə biləcəyini həkim nəzarəti ilə müəyyənləşdirməlidirlər. Elə insan var ki, qida kimi ətdən çox istifadə edir. Bu zaman onun sintetik yolla əlavələr qəbul etməsinə ehtiyac yoxdur.

Sadə məşq edən, yüksək tempdə çalışmayan şəxslərin güclü energetiklərə və ağır əlavələrə ehtiyacı yoxdur. Bir saatlıq yüngül məşq, kifayət qədər su qəbulu və gündə 3–4 dəfə düzgün qidalanma bədən forması üçün kifayətdir. İnsanlar anlamalıdır ki, peşəkar idman ciddi intizam tələb edir və bütün vaxtı bu sahəyə sərf etməyi nəzərdə tutur. Əgər məqsəd sadəcə formada qalmaqdırsa, əlavə riskli preparatlara ehtiyac yoxdur. Peşəkarlığı seçən idmançılar mütləq mütəxəssislərlə işləməli, məşqlər isə optimal olaraq 40–50 dəqiqə davam etməlidir”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Dekabr 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri