Bakıda sabiq rəis həbs edildi FOTO Yeni Gündəm
Icma.az bildirir, Yenigundem portalına istinadən.
Suraxanı Rayon Sukanal İdarəsinin sabiq rəisi Mehman Haşımov rüşvət almaqda ittiham olunur.
“Yeni Gundem” “Qafqazinfo”a istinadən xəbər verir ki, M.Haşımov bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs edilib.
İttihama görə, o, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlardan rüşvət alıb. Ağır cinayətə görə rəis barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayətdən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi zərər çəkib. Cinayət işi üzrə zərərçəkmiş qismində də elə sözügedən agentlik tanınıb.


Bakıda sabiq rəis həbs edildi FOTO
26 Noyabr 2024 12:26
Bakıda tanınmış müğənni axtarışaverildi FOTO Yeni Gündəm
01 Dekabr 2024 16:02
Bakıda hərbçi qəfil vəfat etdi Foto Yeni Gündəm
02 Dekabr 2024 16:56
Musiqiçi Bakıda toyda vəfat etdi FOTO Yeni Gündəm
09 Dekabr 2024 17:34
Bakıda leysan olacaq Yeni Gündəm
07 Dekabr 2024 15:06

