Bakıda tanınmış müğənni axtarışaverildi FOTO Yeni Gündəm
Yenigundem portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Müğənni Dəniz Əsədova barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə axtarış elan olunub”.
“Yeni Gundem” Globalinfo-ya istinadən xəbər verir ki, müğənninin sosial şəbəkə hesablarında təhqir etdiyi bir vətəndaş onun Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148 (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.
İddialara görə, məhkəmədən yayınan Dəniz Əsədova barəsində məhkəmə onun axtarışa verilməsini qərara alıb.
Bundan əlavə bildirilir ki, Binəqədi rayon Məhkəməsinin müvəqqəti təminat tədbiri xarakterli qərarı ilə Dəniz Əsədovaya həmin vətəndaş barəsində məlumat paylaşmaq və yaymaq da qadağan edilib.
Məlumata görə, Dəniz Əsədova daha əvvəl də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və vətəndaşları təhqir etdiyi üçün digər maddələrlə məsuliyyətə cəlb edilib.
Baxış sayı:113
Bu xəbər 01 Dekabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















