Bakıda salınacaq bulvar ərazisindən YENİ GÖRÜNTÜLƏR
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Bülbülə gölünün ətrafında bulvar salınır, artıq işlər sürətli şəkildə davam etdirilir.
Oxu.Az ATV-yə istinadən xəbər verir ki, hazırda gölün ətrafında yerləşən qamışlıqlar təmizlənir, çirkab suların təmizlənməsi üçün xüsusi qurğular quraşdırılır. Abadlıq və quruculuq işləri başa çatdıqdan sonra gölün ətrafı təmiz, baxımlı və ekoloji cəhətdən dayanıqlı istirahət məkanına çevriləcək.
99 hektar ərazini əhatə edən Bülbülə gölünün dərinliyi 2 metr 80 santimetrdir. Gölün yaxınlığında yaşayış məntəqələri də yerləşir və görülən işlərdən ən çox bu ərazilərdə yaşayan sakinlər razılıq edirlər.
Layihə çərçivəsində gölün ətrafında restoran və kafelərin fəaliyyət göstərməsi planlaşdırılır. Əsas məqsəd isə Bülbülə gölünün ekoloji durumunun yaxşılaşdırılmasıdır.
Ətraflı süjetdə:
Bakıda salınacaq bulvar ərazisindən YENİ GÖRÜNTÜLƏR
Baxış sayı:149
Bu xəbər 23 May 2025 01:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















