Icma.az
close
up
RU
Bakıda satılan mənzillərlə bağlı narazılıq yarandı Reallıq belə imiş

Bakıda satılan mənzillərlə bağlı narazılıq yarandı Reallıq belə imiş

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Bakıda növbəti güzəştli mənzil satışı narazılıq yaradıb.

Globalinfo.az xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib.

O, MİDA satışlarının 1 dəqiqədə başa çatdığını deyib.

“MİDA alıcıları satış başladığı zaman ciddi texniki problemlərlə üzləşiblər. Serverlərin eyni anda yüklənməsi səbəbindən bir çox istifadəçi xəta ekranı ilə qarşılaşıb. Paralel olaraq, bəzi istifadəçilərin sorğuları isə emal olunub. Eyni anda serverə daxil olan sorğuların çoxluğu platformaya girişdə çətinliklər yaradıb. İstifadəçilər seçimlərin növbəti addımına keçid edə bilməyiblər. Bəzi istifadəçilərin xəta ilə üzləşməsi və bəzilərinin seçim edə bilməsi texniki cəhətdən mümkün haldır. Amma bu, ədalətli yarışın təşkili demək deyil. Vətəndaşlar bərabər imkanlarla satışda iştirak etməlidirlər”.

F.Pərdəşünas bildirib ki, artıq Milli Məclis və aidiyyəti qurumlar bu qanuna düzəlişlər təklif etməli və güzəştli mənzillərin sürət hesabına yarış formasında verilməsi dayandırılmalıdır:

“Ən ədalətli yanaşma istifadəçilərin böyük bir stadionda toplanıb, canlı püşkatma ilə seçimdə iştirakını təmin etməkdir”.

Vətəndaşların əksəriyyəti isə satışların, nəinki 1 dəqiqə, hətta 7 saniyəyə bitdiyini yazırlar.

Bildirilir ki, doğum tarixini yazandan sonra sayt çöküb.

“İlk saniyələrdən göstərdi ki, mövcud mənzil yoxdur. Sistem donmadı, internet güclü idi. Bəs hansı saniyədə satıldı ki?”, “Ən sürətli internetə qoşulmuşdum. Bu işdə bir hiylə var”, “Mənzil seçdim, sayt çökdü, açılanda yazıldı ki, mənzil tapılmayıb”, “Sayt çökdü, 2 dəqiqə açılmadı, sonra mənzillər satılmış oldu” və sair tipli şikayətdolu şərhlər yazılıb.

Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıda növbəti güzəştli mənzil satışının 10 dəqiqədə tamamlandığını açıqlamışdı. Ümumilikdə 627 mənzil üçün seçim prosesi baş tutub.

Günel Cəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Dekabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri