Icma.az
close
up
RU
18 il deyildi, reallıq 3 dəfə çoxdur Bakıda mənzillərlə bağlı müəmma

18 il deyildi, reallıq 3 dəfə çoxdur Bakıda mənzillərlə bağlı müəmma

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycan Mərkəzi Bankının (AMB) son açıqlaması cəmiyyətdə geniş rezonans doğurub. Belə ki, AMB-nin hesablamalarına görə, Bakıda orta aylıq əmək haqqı ilə ev almaq üçün azı 18 il fasiləsiz işləmək lazımdır. Bəziləri bu rəqəmin reallıqla uzlaşmadığını deyir, digərləri ev almaq üçün daha çox maaş və müddət tələb olunduğunu bildirir.

Ev almaq bu qədər çətindirsə, paytaxtda ardıcıl tikilən onlarla yeni bina kimlər üçün nəzərdə tutulub? 18 il fasiləsiz işləyən adamlar həqiqətən də mənzil sahibi ola bilərlər?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, Mərkəzi Bankın hesablamaları sadələşdirilmiş model üzərində qurulduğu üçün nəticə müəyyən qədər optimist görünür:

“Hesablamada evin qiyməti (Bakı üzrə təxminən 150 min manat) orta aylıq əməkhaqqına (1000 manat) bölünür və nəticə alınır. Lakin nəzərə almaq lazımdır ki, əməkhaqqıdan vergi və sosial ödənişlər çıxılır, ailənin gündəlik xərcləri var, üstəlik, hər kəs işləmədiyindən ailə üzvlərinin də təminatı tələb olunur. Bu baxımdan 18 il real göstərici deyil, hətta olduqca optimistdir. Digər vacib məqam odur ki, hesablamalarda orta yox, median əməkhaqqı əsas götürülməlidir. Çünki  bu, adətən ortadan daha aşağı olur. Məsələn, Bakıda orta əməkhaqqı 1000 manatdırsa, median təxminən 700 manat civarındadır. Bu isə mənzil əldə etmək müddətini daha da uzadır”.

Elçin Rəşidov

İqtisadçı bildirib ki, bununla bağlı bəzi alternativ hesablamalar da var və orada daha real nəticələr göstərilib:

“Həmin göstəricilərə görə, Bakıda yalnız maaşla ev almaq üçün 30 ildən 60 ilə qədər vaxt tələb olunur. Bu yanaşma daha real görünür, çünki insanların bütün gəlirlərini mənzilə yönəltməsi mümkün deyil. Vergilər, kommunal ödənişlər, gündəlik ehtiyaclar və ailə xərcləri səbəbindən qənaət üçün çox az vəsait qalır. Dünya praktikasında bu göstərici “mənzil əlçatanlığı” indeksi ilə ölçülür. Müddət nə qədər uzundursa, həmin ölkədə mənzil əldə etmək bir o qədər çətindir və “mənzil əlçatmazlığı böhranı” anlayışı ilə səciyyələnir. Azərbaycanda da oxşar vəziyyət müşahidə olunur. Yeni tikililərdə çoxlu mənzillər satılıb, lakin yaşayış yoxdur. Əksəriyyətini yüksək gəlirli şəxslər və ya xaricdə yaşayan azərbaycanlılar investisiya məqsədilə alıb. Nəticədə, əsas mənzil tələbatını adi vətəndaşlar deyil, belə alıcılar formalaşdırır”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri