Icma.az
close
up
RU
Bakıda satışa çıxarılan çipsilərə görə kim məsuliyyət daşıyır?

Bakıda satışa çıxarılan çipsilərə görə kim məsuliyyət daşıyır?

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Həkim deyir ki, çipslər həyat üçün təhlükəlidir, çünki..; Vəkil isə hesab edir ki, qanunvericilik təkmilləşdirilməlidir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “Chipsim Kabab”, “Chipsim Tomat” və “Rekord” qablaşdırılmış qidaları satışdan çıxarıb. Səbəb sözügedən məhsulların tərkibində E-621 qida əlavəsinin normadan artıq olması olub. Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Tribunainfo.az-a açıqlamasında bildirib ki, AQTA-nın adıçəkilən çipsləri satışdan yığışdırması o demək deyil ki, satışı davam edən çipslərdə heç bir problem yoxdur.

İB sədrinin sözlərinə görə, bu cür qidalardan uzaq durmaq lazımdır: “Ümumiyyətlə, çipslər arzuolunmaz qida hesab olunur. Əksər hallarda xaricdən gətirilən çipslər geni dəyişdirilmiş kartoflardan hazırlanır. Bu paketli qidaların tərkibində uşaqların iştahını kəsən, aclıq hissini öldürən maddələr var”.

E.Hüseynov bildirib ki, satışda zərərsiz, xeyirli və məsləhətli bir dənə də çips yoxdur: “Çünki çips özü zərərli, arzuolunmaz qida sayılır. Qida Təhlükəsizliyi Agentliyi bu addımını davam etdirməlidir, bütün marka çipslərdə araşdırmaya başlamalıdır. İnsanlar da bilməlidir ki, çipslərin zərərsizi, xeyirlisi yoxdur. Bütün çipslər zərərlidir”.

Bəs çipsi məhsullarına nəzarəti necə gücləndirmək olar? Onun zərərləri nədir?

Həkim-pediatr Vaqif Qarayev deyir ki, çipslərin uşaqlara verilməsi olduqca təhlükəlidir: “Uşaqlara çipslər verməyin. Rəngli, qazlı içkilər də verməyin, energetik içkilər verməyin, "fast food" məmulatları vermək olmaz. İllərdir deyilir, amma valideynlər yenə də verirlər. Guya uşaqlara olan sevgidir bu?! AQTA çipsdə zərərli maddələr aşkarlayıb və satışdan yığışdırıb".


Vəkil Ramil Süleymanov məsələ ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib: “Azərbaycan Respublikasında "Qida təhlükəsizliyi haqqında" Qanun mövcuddur və bu qanun Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əsas fəaliyyətini tənzimləyir. Ölkə ərazisində qida təhlükəsizliyi ilə bağlı bütün proses və normalar həmin qanunvericilik aktında toplanıb. Ölkə başçısı tərəfindən təsdiqlənmiş əsasnaməyə görə, AQTA qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sahəsində tənzimləməni həyata keçirmək üçün yaradılmış mərkəzi icra hakimiyyəti orqanıdır. Agentlik həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq normalara uyğun fəaliyyət göstərir. Onun əsas vəzifələrindən biri vahid dövlət siyasətini hazırlamaq, həmin siyasətin icrasını təmin etmək və məsuliyyət daşımaqdır. Bundan başqa, qida təhlükəsizliyi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim etmək də agentliyin funksiyalarına daxildir".

Vəkilin sözlərinə görə, əsasnamədə AQTA-nın 60-dan çox vəzifəsi müəyyən olunub və bu səbəbdən də aparılan yoxlamalar tamamilə əsaslı və qanunauyğundur: “Çünki ölkədə qida təhlükəsizliyinə nəzarət, o cümlədən fitosanitar nəzarət, qidaların istehsalı zamanı dezinfeksiya və gigiyenik qaydalara riayət olunmasına nəzarət Agentliyin birbaşa vəzifələrindən biridir. Mənim fikrimcə, bu sahədə fəaliyyət mütləq gücləndirilməlidir”.

Ramil Süleymanov həmçinin qeyd edib ki, zaman-zaman AQTA əməkdaşları ilə bağlı şikayətlərin Baş Prokurorluğa göndərilməsi barədə məlumatlar olur: "Bu, olduqca təqdirəlayiq haldır. Lakin fəaliyyətin daha da səmərəli olması üçün agentliyin səlahiyyətləri genişləndirilməli, qanunvericilik normaları isə təkmilləşdirilməlidir".


Vəkil Turan Abdullazadə də mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsində qida təhlükəsizliyi haqqında qanunvericiliyin pozulmasına görə sanksiyalar (cərimələr) nəzərdə tutulub. Belə ki, qida zənciri subyektləri tərəfindən qida və (və ya) yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi proseslərinin həyata keçirilməsi zamanı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tələblərə əməl edilməməsinə görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İdxal olunmuş məhsulların idxal sağlamlıq aktı olmadan satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tələblərə cavab verməyən qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalına, emalına, satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Təhlükəli qida və yem məhsullarının ilkin istehsalına, emalına, satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bu maddələrdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi baxır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Oktyabr 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see384

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see366

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see307

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see300

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see295

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see291

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see287

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see271

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see247

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see240

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri