Icma.az
close
up
RU
Satışa çıxarılan mansard mənzilləri qanunsuzdur?

Satışa çıxarılan mansard mənzilləri qanunsuzdur?

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Paytaxtın mərkəzi hissəsində yerləşən 12 mərtəbəli yaşayış binasının mansard və texniki sahəsində qanunsuz tikinti aparıldığı iddia edilir.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı sakinlər bildirib ki, Aşıq Molla Cümə küçəsində, giriş 3, M12, M2 ünvanında yerləşən və "Monolit MTK" tərəfindən inşa edilmiş binada uzun müddətdir mübahisəli tikinti işləri aparılır.

Şikayətçinin hüquqlarını müdafiə edən vəkil Elməddin Məhərrəmovun sözlərinə əsasən, "Monolit MTK" həmin ərazidə yerləşən dörd yaşayış binasının sakinlərinə məxsus çardaq və texniki sahələri qanunsuz şəkildə vasitəçilərdən birinə sataraq orada yeni mənzillərin tikilməsinə şərait yaradıb. İddia olunur ki, ümumi istifadədə olan və yaşayış məqsədi üçün nəzərdə tutulmayan sahədə artıq beş aydan çoxdur tikinti işləri davam edir.

Şikayətçi əlavə edib ki, həmin qeyri-yaşayış sahələrində yaradılan mənzillərin kommunal təminatı da qanunsuz yollarla həyata keçirilib. Onun iddiasına görə, yaxınlıqdakı binalardan qaz xətti çəkilib, su, kanalizasiya və elektrik şəbəkələri isə aşağı mərtəbələrdə yaşayan sakinlərin mövcud xətlərinə qoşulub. Bildirilir ki, məsələ ilə əlaqədar aidiyyəti qurumlara edilən müraciətlərdən sonra dörd binadan üçündə işlər dayandırılsa da, bir binada tikinti hələ də davam etdirilir.

İddialarda adı keçən "Monolit MTK"nın nümayəndəsi isə səsləndirilən fikirlərlə razılaşmayaraq, aparılan işlərin tam qanuni əsaslarla və təsdiqlənmiş layihəyə uyğun şəkildə həyata keçirildiyini bildirib. Bununla yanaşı, tikintinin razılaşdırıldığını təsdiq edən sənədlərin təqdim olunmayacağı qeyd edilib.

Şirkət mansard hissəsində əlavə tikintinin aparılmadığını bəyan etsə də, müşahidələr zamanı 12-ci mərtəbədə müəyyən tikinti işlərinin görüldüyü diqqət çəkib. Bundan başqa, sosial şəbəkələrdə həmin binaya aid mansard tipli mənzillərin satışına dair elanların yerləşdirildiyi də məlum olub.

Mansard sahəsinin sahibi olduğunu bildirən İlkin Rəhimov isə tikintinin bütün rəsmi prosedurlara uyğun aparıldığını və mənzillərin kommunal xidmətlər üçün ayrıca sayğaclarla təmin edildiyini deyib.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi açıqlamasında qeyd edib ki, "Monolit MTK" tərəfindən tikilmiş iki 12 mərtəbəli yaşayış binasının çardaq və texniki hissələrində əlavə pəncərə açılması və yeni mənzillərin yaradılması ilə bağlı sakinlərin müraciətləri araşdırılıb. Nazirlik əməkdaşlarının apardığı baxış zamanı layihədən kənar tikinti əlamətləri müəyyən edilib və bununla bağlı MTK rəhbərliyinə, həmçinin aidiyyəti dövlət qurumlarına rəsmi məlumat göndərilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də məsələdən xəbərdar olduqlarını bildirərək müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara müraciət edildiyini açıqlayıb.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 İyun 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri