Icma.az
close
up
RU
Bakıda “Sərhədləri aşmaq: firavan gələcək naminə D8 əməkdaşlığı” mövzusu müzakirə edilib

Bakıda “Sərhədləri aşmaq: firavan gələcək naminə D8 əməkdaşlığı” mövzusu müzakirə edilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 29 aprel, AZƏRTAC

Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı beynəlxalq Forum çərçivəsində “Sərhədləri aşmaq: firavan gələcək naminə D8 əməkdaşlığı” mövzusunda panel müzakirəsi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, iclasın moderatoru Azərbaycan Respublikası Gənclər Fondunun şöbə müdiri Orduxan Qəhrəmanzadə olub. Onun sözlərinə görə Azərbaycanın D8-ə üzv olması bizim üçün tarixi bir addımdır. Bu, təşkilatın yaranmasından sonra baş tutan ilk genişlənmə hadisəsidir. Bu fakt Prezident İlham Əliyevin uğurlu və ardıcıl xarici siyasətinin bariz göstəricisidir. Şöbə müdiri bildirib ki, biz iqtisadi, sosial və siyasi əməkdaşlıq üçün güclü bir platformada birləşməyimizdən qürur duyuruq. Qlobal müsəlman əhalisinin 60 faizini təmsil edən üzv dövlətlərlə yanaşı, Azərbaycanın D8-ə qoşulması ölkəmizin artan beynəlxalq nüfuzunu və etibarlı liderliyini əks etdirir. Şərqlə Qərb arasında körpü rolunu oynayan, İslam mədəniyyəti və sivilizasiyasının əsas mərkəzlərindən biri kimi Azərbaycan iqtisadi əməkdaşlığın, regional sabitliyin və İslam həmrəyliyinin təşviqinə, eləcə də bütün dünyada islamofobiya ilə mübarizəyə dəstək olmaqla D8-in missiyasına əhəmiyyətli töhfə verəcək.

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri Hüseyn Böyükfırat qeyd edib ki, bu gün dünyada ən çox ehtiyac duyulan dəyərlər D8 bayrağında ifadə olunan altı əsas prinsipdə əks olunub. Bunlar müharibə yox, sülh, münaqişə yox, dialoq, ikili standartlar yox, ədalət, üstünlük yox, bərabərlik, istismar yox, əməkdaşlıq, zülm və hökmranlıq yox, insan haqları, demokratiya və azadlıqdır. Bu prinsiplər yalnız D8 ölkələri üçün deyil, bütün dünya üçün vacibdir.

H.Böyükfırat bildirib ki, qeyri-hökumət təşkilatları cəmiyyətin vicdanını təmsil edir. Bu gün D8 ölkələrinin və ümumilikdə müsəlman dövlətlərinin vətəndaş cəmiyyətlərinin birliyi və əməkdaşlığı mühüm nəticələr verir. O qeyd edib ki, vətəndaş cəmiyyəti təşkilatlarının əsas vəzifəsi ədaləti müdafiə etmək, cəmiyyətin haqq səsini dünyaya çatdırmaqdır.

Hüseyn Böyükfırat, həmçinin Qarabağ Zəfəri zamanı Türkiyənin və Azərbaycanın birlik nümayiş etdirdiyini vurğulayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, D8 alyansı tərkibində 10 milyon nəfər əhalisi olan ölkədən tutmuş 300 milyona yaxın əhalisi olan dövlətlər yer alır və bu müxtəliflik böyük potensial deməkdir. Onun sözlərinə görə, bu təşkilat qlobal həmrəylik və qarşılıqlı inkişaf üçün mühüm platforma ola bilər. “Bu gün burada inkişaf etməkdə olan ölkələrin nümayəndələri kimi toplaşmışıq. Tarix boyu suverenliyimizi möhkəmləndirmək, iqtisadiyyatımızı inkişaf etdirmək, təhsil, səhiyyə və ətraf mühitin qorunması sahələrində mübarizə aparmışıq. D8 çərçivəsində Azərbaycan digər ölkələrin dövlətçilik təcrübəsindən faydalana, eyni zamanda, öz uğurlu modellərini bölüşə bilər ki, bu da ölkəmiz üçün unikal imkan yaradır”, - deyə Amin Məmmədov əlavə edib.

Ərəb Dövlətləri Liqasının Ətraf Mühit və Meteorologiya İdarəsinin direktoru Mahmud Fəth-Allahın fikrincə, inkişaf etməkdə olan ölkələrin - Qlobal Cənubun beynəlxalq təşəbbüslərdə iştirakı bilik və öhdəliklərin paylaşılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu iştirak qlobal siyasət və qərarların daha inklüziv və müxtəlif baxışları əhatə etməsinə imkan yaradır. O bildirib ki, Qlobal Cənub ölkələrinin beynəlxalq platformalarda fəal iştirakı onların səslərinin eşidilməsini təmin edir və qlobal qərarlara təsir imkanlarını artırır. Bu, həmçinin onların sosial-iqtisadi inkişafına müsbət təsir göstərir.

Mahmud Fəth-Allah vurğulayıb ki, inkişaf etməkdə olan ölkələr arasında birliyin və əməkdaşlığın gücləndirilməsi iqlim dəyişikliyi, sağlamlıq böhranları və yoxsulluğun azaldılması kimi ortaq problemlərin həllinə yönəlmiş birgə səyləri gücləndirir. Onun sözlərinə görə, bu fəal iştirak ölkələrin maraqlarını müdafiə etməyə və qlobal miqyasda gələcəyə dair vahid vizyonun formalaşmasına mühüm töhfə verir.

İqlim dəyişikliyi üzrə fəal Olumide Idovu diqqətə çatdırıb ki, D8 təşkilatı yoxsulluq, iqlim dəyişikliyinin təsirləri, rəqəmsal bərabərsizlik, ticarət balanssızlığı və digər qlobal çağırışlar daxil olmaqla, Qlobal Cənub ölkələrinin üzləşdiyi ədalətsizliklərə qarşı mübarizədə və onlara cavab verilməsində vahid cəbhə kimi çıxış edir.

Ekofəal qeyd edib ki, hazırda keçirilən tədbirlər və müzakirə olunan mövzular D8 əməkdaşlığının firavan gələcək naminə necə gücləndirilə biləcəyini göstərir. Afrikada əhalisinin sayına görə Nigeriyanın ön sıralarda olduğunu xatırladan fəal vurğulayıb ki, ölkə iqtisadi inkişaf baxımından ciddi çağırışlarla üz-üzədir.

Bu baxımdan D8 əməkdaşlığı üzv ölkələr arasında iqtisadi inteqrasiyanın və birgə inkişafın vacibliyini önə çıxarır.

Digər çıxış edənlər Banqladeşin SETU təşkilatının icraçı direktoru Abdul Quader, İnformasiya Texnologiyaları və Açıq Mənbə Assosiasiyasının nümayəndəsi Irvan Nanda, Gənc Sülh və İnkişaf Korpusunun (YPDC) üzvü Adnan Ullah, Malayziyanın “Generation Nexus” təşkilatının nümayəndəsi Muhammad Naufal Qlobal Cənub ölkələrinin birgə əməkdaşlığının və inkişafının vacibliyini vurğulayıblar.

Onlar rəqəmsal bərabərlik, gənclərin sülh və inkişaf proseslərinə cəlb edilməsi, həmçinin sosial bərabərlik və inklüzivlik prinsiplərinin təşviqinin Qlobal Cənubun dayanıqlı inkişafı üçün əsas amillər olduğunu qeyd ediblər. Eyni zamanda, texnoloji bərabərliyin təmin edilməsi, gənclərin liderlik bacarıqlarının inkişafı və ortaq gələcək üçün güclü tərəfdaşlıq yaradılması yolları ətrafında fikir mübadiləsi aparılıb.

Panel iclas müzakirələrlə davam etdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see209

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see202

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see195

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see162

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see148

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri