Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Tural Abbaslı: Ramiz Mehdiyevin yaxın dairəsi parlamentdə hələ də aktivdir

Tural Abbaslı: Ramiz Mehdiyevin yaxın dairəsi parlamentdə hələ də aktivdir

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Növbədənkənar seçkilər keçirilə bilər

“Əgər parlamentdə təmsil olunan deputatların şəxsi iştirakı və ya dolayı dəstəyi aşkar olunarsa, onların qanunvericilik çərçivəsində məsuliyyətə cəlb olunması, hətta mandatlarının ləğvi mümkündür”



Son günlər ölkədə parlamentin tərkibi geniş müzakirələrə səbəb olub. Ramiz Mehdiyev məsələsi ortaya çıxandan sonra onun yaxın dairəsinə daxil olan deputatların adının mediada hallanması siyasi çevrələrdə dəyişikliklərin qaçılmaz olacağı ilə bağlı fərziyyələr doğurub. Uzun müddət vətəndaşların gündəlik problemlərinə lazımi diqqət yetirməyən parlament üzvlərinin fəaliyyəti onsuz da cəmiyyətdə narazılıq yaradırdı. Belə bir fon isə həm parlamentin yenilənməsi, həm də növbədənkənar seçkilərin keçirilməsi barədə iddiaları aktuallaşdırır.

Xalqın səsini təmsil etməkdə çətinlik çəkən deputatların parlamentdən kənarlaşdırılacağı, fövqəladə seçkilərin keçiriləcəyi barədə iddialar dolaşır.

Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham edilməsi, onun ev dustaqlığına məhkum edilməsi və şəxsi saytının bloklanması ölkə daxilində və xaricində geniş əks-səda doğurub. 

Qeyd edilib ki, Mehdiyev rəhbərlik edəcəyi Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb. Bəzi iddialara görə, xaricdə "söyüş müxalifəti" adlanan dəstəni bu komanda maliyyələşdirib və onlara yüksək vəzifəli şəxslərlə bağlı "ifşaedici" məlumatlar təqdim edib. Ehtimallar arasında Rusiya xüsusi xidmət orqanları ilə sıx əlaqə və dövlət sirrinin satılması da var. 


AĞ Partiyanın sədri Tural Abbaslı Sherg.az-a açıqlamasında deyib ki, Ramiz Mehdiyevin dövlət strukturlarında şəxsi təsir imkanlarının olması danılmaz faktdır. O, illərlə dövlətin ən yüksək postlarından birində fəaliyyət göstərib və bu müddət ərzində müxtəlif sahələrdə çalışan kadrlar yetişdirib: 

“Onun yetişdirdiyi, müxtəlif vəzifələrə yerləşdirdiyi kadrlar hələ də aktiv vəzifə başındadırlar. Heç şübhəsiz ki, Milli Məclisdə də ona şəxsən yaxın olan, zamanında onun sayəsində siyasətə gəlmiş, mandat almış kifayət qədər deputat var. Lakin bunu əlimizdə bayraq edərək Mehdiyevə salam verən hər kəsi xain elan edə, onun dönəmində vəzifə alan məmurların hamısından istefa tələb edə bilmərik. Bu, dövlətçilik baxımından düzgün yanaşma deyil.

Düzgün yanaşma odur ki, insanları yalnız qanunsuz əməllərinə görə məsuliyyətə cəlb edək, şəxsi hörmət və ya əvvəlki tabeçilik bu prosesi qarışdırmamalıdır. Dövlət idarəçiliyində əsas prinsip qanunçuluqdur. Yalnız qanunsuz əməllərə görə məsuliyyətə cəlb olunmaq mümkündür; şəxsi hörmət və ya keçmiş tabeçilik, keçmişdə verilmiş mandat və ya vəzifələr bu prosesi qarışdırmamalıdır. İnsanlar Ramiz Mehdiyevə şəxsi hörmətdən əlavə, Prezident Administrasiyasının rəhbəri kimi ona tabe olub, tapşırıqlarına etimad göstərib”. 


Ramiz Mehdiyevin mümkün çevriliş cəhdinə gəldikdə isə T.Abbaslı qeyd edib ki, vəziyyət olduqca ciddi qiymətləndirilməlidir. Əgər parlamentdə təmsil olunan deputatların şəxsi iştirakı və ya dolayı dəstəyi aşkar olunarsa, onların qanunvericilik çərçivəsində məsuliyyətə cəlb olunması, hətta mandatlarının ləğvi mümkündür:

 “Hətta əgər bu cür şəxslər çoxluq təşkil edirsə, bu, parlamentin buraxılmasına və növbədənkənar seçkilərin keçirilməsinə səbəb ola bilər.

Parlamentdə xalqın etimadını doğruldan, seçicilərin legitimliyini tanıyacağı şəxslər seçilməlidir. Xalqın iradəsini nəzərə almadan formalaşdırılan parlament xalqın iradəsini ifadə edə bilməz. Əks halda dövlət idarəçiliyində yaşanan anlaşılmazlıqlar Milli Məclisdə təmsil olunan deputatlarla bağlı da bu cür şübhələr yaradır. Öz gücünü xalqdan alan parlament dövlət və dövlətçiliyin keşiyində daha möhkəm dura bilər. Nəinki hansısa şəxslərə borclu olan, onların sayəsində mandat alan, xalqın qarşısında gözükölgəli olan deputatlardan formalaşan parlament”. 


Qeyd edək ki, partiya sədri məhz Ramiz Mehdiyevlə əlaqələri olan deputatlara görə yox, ümumilikdə parlamentdə oturan deputatların heç birinin xalqın etimadını doğrultmadığı üçün 7-ci çağırış parlamentin buraxılmasını və erkən seçkilərə gedilməsinin vacibliyini vurğulayıb: “Seçicilərin legitimliyini qəbul edəcəyi bir parlament formalaşdırmaq lazımdır. Lakin qərarı biz vermirik, müxalifət olaraq biz sadəcə öz təkliflərimizi irəli sürə bilərik. Son qərar  iqtidarındır!”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Oktyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see882

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see493

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see348

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see313

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see292

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see287

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see274

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see262

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see262

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see254

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see249

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see246

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see244

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see233

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see227

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see226

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see226

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see201

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see191

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri