Bakıda sərxoş “Nyukasl” azarkeşləri “Çelsi”nin bayrağını təhqir etdilər VİDEO
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
İngiltərənin “Nyukasl” klubunun Çempionlar Liqasının “Qarabağ”la oyunu üçün uzun yol qət edərək paytaxtımıza gələn azarkeşləri Bakıda özlərinə xas şəkildə əylənirlər.
İdman.Biz xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, “sağsağanlar”ın fanatları şəhər mərkəzindəki pablarda pivə içir, nəğmələr oxuyur, eyni zamanda xırda xuliqanlıqlardan da geri qalmırlar.
Pablardan birində isə sərxoş “Nyukasl” tərəfdarları divardan “Çelsi”nin bayrağını qopararaq London klubunun rəmzi üzərində istehza edib və onu yerə atıblar.
Xatırladaq ki, Tofiq Bəhramov stadionunda “Qarabağ”la matçı təxminən 2 minə yaxın ingilis azarkeşin izləyəcəyi gözlənilir. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 18 Fevral 2026 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















