Icma.az
close
up
RU
Bakıda Şimali Kiprin müstəqillik günü qeyd edilib

Bakıda Şimali Kiprin müstəqillik günü qeyd edilib

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 41-ci ildönümü münasibətilə noyabrın 28-də Bakıda bayram təntənəsi keçirilib.

Mərasimdə Azərbaycanın və Şimali Kiprin Dövlət himnləri səsləndirilib. Sonra Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer ölkəmizin beynəlxalq COP29 iqlim konfransına yüksək səviyyəli evsahibliyi etməsi münasibətilə Azərbaycan xalqını və Prezident İlham Əliyevi təbrik edib. O, böyük türk millətinin bir parçası olan Şimali Kiprin müstəqilliyinin qardaş və dost Azərbaycanda qeyd edilməsinin qürurverici olduğunu vurğulayıb. Ölkəsinin Türkiyənin dəstəyi ilə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Xanım Turganer qeyd edib ki, Prezident İlham Əliyevin “Türk dünyasından başqa ailəmiz yoxdur” sözü bizim üçün yol xəritəsidir və bu yolda işləmək böyük vəzifəmiz və məsuliyyətimizdir: “Bu il ərzində parlamentlərimiz arasında dostluq qruplarının yaradılması Prezident İlham Əliyevin irəli sürdüyü yol xəritəsinin ən güclü sübutudur. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, ticarət, turizm, ali təhsil sahəsində əməkdaşlığın inkişafı üçün nümayəndə heyətlərimiz il ərzində bir çox görüşlər keçirib".

Milli Məclisin Azərbaycan–Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev deyib: "Kipr Türk Respublikasının quruluş günü kimi qeyd etdiyimiz 1983-cü ilin 15 noyabr günü həmin illərin siyasi çaxnaşmaları içərisində öz milli kimliyini qorumağa və müstəqilliyini qazanmağa çalışan Kipr türklərinin tarixində mühüm dönüş nöqtəsi olub. O gündən sonra qarşılaşdıqları bütün çətinliklərə baxmayaraq, Kıbrıs türkləri öz ata-baba yurdlarında sülh və əmin-amanlığa nail olaraq, müstəqillik yoluna qətiyyətlə davam edirlər".

Deputat bildirib ki, bir vaxtlar soyqırımı və köçkünlük təhlükəsi ilə üzləşmiş Kipr türkləri ortaq dəyərləri və türk kimliyinə dərin bağlılığı ilə hər zaman böyük Türk dünyasının ayrılmaz parçası olublar. Bu baxımdan Azərbaycan Şimali Kipr və Mərkəzi Asiya dövlətləri arasında dialoqun təşviqində, siyasi və iqtisadi boşluqların aradan qaldırılmasında mühüm rol oynamaqdadır. Azərbaycan Respublikası türk dövlətləri arasında iqtisadi əlaqələrin gücləndirilməsi, siyasi müstəvidə məsləhətləşmələrin aparılması, təhlükəsizlik sahəsində qarşılıqlı yardımların göstərilməsi ilə türk birliyinin möhkəmlənməsinə hər zaman töhfə verib və bu prinsiplər bu gün də ölkəmizin xarici siyasətində prioritet olaraq qalır.

Cavanşir Feyziyev daha sonra vurğulayıb ki, son illər sürətlə genişlənən ikitərəfli əlaqələrimiz müxtəlif sahələrə, o cümlədən təhsilə mühüm töhfələr verməkdədir. Hazırda 1000-ə yaxın azərbaycanlı tələbə Şimali Kiprin müasir beynəlxalq standartlara cavab verən universitetlərində təhsillərini davam etdirir və eyni zamanda, bir çox azərbaycanlı təhsil işçisi ölkənin akademik müəssisələrində uğurla çalışır. Qarşıdakı illərdə professor-müəllim heyətlərinin mübadiləsi nəzərdə tutulur ki, bu da münasibətlərimizin daha da dərinləşməsinə təkan verəcək.

Rəsmi mərasimdə dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Noyabr 2024 07:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see363

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see333

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see315

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see259

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see245

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see233

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see212

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see207

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see198

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see197

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see190

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see185

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see184

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see179

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see176

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see171

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see162

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri