Icma.az
close
up
RU
Bakıda şok olay: həkimin kompüterindən dinləmə cihazı tapılıb

Bakıda şok olay: həkimin kompüterindən dinləmə cihazı tapılıb

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda həkimin kompüterindən dinləmə cihazı tapılıb. Həkim cihazın görüntülərini təqdim edib.

Lent.az-a danışan həkim-radioloq Ramil Abdullayevin iddialarına görə hadisə onun çalışdığı yerdə, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda baş verib. Direktor Mətanət Əfəndiyeva ondan tibbi sığortadan əldə olunan gəlirin yarısını tələb etdikdən sonra aralarında problem yaranıb.

“Mən 2019-cu ildən bu institutda çalışıram. Ötən ilin avqust ayında direktor Mətanət Əfəndiyeva məni yanına çağıraraq bildirdi ki, icbari tibbi sığortadan aldığım bonusların yarısını ona verim. Onun bu tələbindən imtina etdikdən sonra bildirdi ki, sənin yerinə pul verib, işə düzəlmək istəyənlər çoxdur. Hadisədən sonra qanunsuz olaraq mənə gün ərzində 25 xəstədən çoxunu müayinə etməmək limiti təyin olundu. Saat 11-12-yə qədər 25 xəstəni yoxlayırdım. Şəhid ailələri, qazilər gəldikdə isə onlara talon vermirdilər ki, direktorun göstərişi var. Xəstələrin Səhiyyə Nazirliyinə, İcbari Tibbi Sığortaya şikayətlərindən sonra bu limit üstümdən götürüldü. Oktyabrın 9-da kabinetimdəki kompüterin təmiri zamanı prosessorun içərisindən səs dinləyici qurğu çıxdı. Onu kompüterimə rəhbərlik yerləşdirib. Bundan sonra mənə qarşı təzyiqlər davam etdi, lakin dinləmə cihazı tapıldığını heç kimə bildirmədim. Otağımın iki açarı var, biri məndə, digəri isə təsərrüfat şöbəsinin müdiri Cavanşir Tanrıverdidədir. Bu hadisədən sonra otağımın qarşısına kamera quraşdırdım.

Oktyabrın sonunda məzuniyyətə olarkən, əlavə rentgen həkimi ştatı açıldı və noyabrda saxta müsabiqə əsasında, daha təcrübəli namizədlər olmasına baxmayaraq, şöbə müdiri Şəfiqə Əliyevanın rəfiqəsini işə götürdülər. Bu cür saxta müsabiqələrin, şatatların açılması ilk hal deyil. Dəfələrlə pul alıb, işə adam götürüblər”.

Həkim qeyd edir ki, rəhbərlik tərəfindən xüsusi öyrədilmiş şəxs ona hücum edib:

“Dekabr ayının 24-də intizam komissiyasının iclası keçirildi. Mən kabinetə qayıdan zaman rəhbərlik tərəfindən öyrədilmiş, xəstəxananın texniki işçisi Əjdər Əjdərov mənə və atama hücum etdi. Onların məqsədi o idi ki, mən özümü idarə edə bilməyib, həmin adama nə isə müdaxilə edim. Lakin onun mənə yumruq vurmasına, təhqirlər etməsinə baxmayaraq, heç bir şey etmədim. Bilirdim ki, bu bir təxribatdır. Bununla bağlı Daxili İşlər Nazirliyinə rəsmi müraciət etmişəm”.

İşlədiyim dövrdə 5 direktor dəyişib, lakin heç biri ilə belə bir hal yaşamamışam:

“Mətanət Əfəndiyeva 2024-cü ilin yanvar ayında vəzifəyə təyin olunub. 2025-ci ildə müqaviləsi 1 il uzadıldı. Bu il yanvarın 22-də onun müqaviləsi bitir. Direktor vəzifədən çıxana yaxın pul yığmaq, saxta ştatlar açmağı düşünür.

Dekabrın 25-də qanunsuz iclas keçirilərək, qərara alındı ki, mən işdən çıxarılım. Səbəb olaraq, kamera quraşdırmağımı əsas gətirirlər. Həmin iclasdan sonra evə gələndə hipertonik kriz keçirdim, hələ də müalicə alıram. Bülletendə olduğuma görə direktor əmrimi verə bilmir. Baş Prokurorluq. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Əmək Müşfəttişliyi bildirdi ki, bu hal işdən çıxarılma üçün səbəb deyil”.

Qarşı tərəfin fikrini öyrənmək üçün Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda Direktor Mətanət Əfəndiyevadan da açıqlama aldıq. Lent.az-a danışan direktor iddiaları təkzib etdi.

“Ramil həkim iclasda işdən çıxarıldığını bildirir, bu yalandır. İclasda heç kim işdən çıxarılmır, orada təkliflər olunur, hər kəs öz fikrini deyir. Görünür, Ramil həkim işçilərin əmrlə çıxarıldığını bilmir. Durduq yerdə ona əmr verə bilmərəm. Onun işdən çıxarılması üçün zərurət yaransa, məsələni nizam-intizam komissiyasına veririk ki, araşdırsınlar. Bura mənim özəl klinikam deyil ki, istəmədiyim insanı işdən çıxarım. Dövlət müəssisəsində kimsə, kimisə işdən çıxara bilər!? Mən də öz həddimi bu qədər aşa biləcək insan deyiləm. Qanunsuz addım atmaram heç vaxt.

Ramil hələ də bizim işçimizdir. İclasdan sonra o özünə xəstəlik vərəqəsi açdırıb. Hadisədən sonra onun səhhətində bəlkə də problem yaranıb. Mənə maraqlı gəlir ki, bu insan hələ də xəstədirsə, səhhətində problem varsa, durmadan sosial şəbəkələrdə videolar paylaşır, xarici ölkələrə informasiya göndərir. Çıxışlarından da xəstə adama oxşamır.

Səs dinləmə cihazına gəldikdə isə, mən həyatımda elə bir cihaz görməmişəm. Təssəvvürümə gətirə bilmirəm ki, prosessorun içərisinə o necə qoyula bilər? Prosessorun açılıb-açılmamasını başqa qurumlardan olan mütəxəssislərə həvalə edib, bilmək olar. Ramil həkim deyir ki, cihaz budur. Gətirib göstərsin, barmaq izlərini yoxlatdıraq, görək bu qurma hadisədir, yoxsa direktor işini-gücünü atıb Ramillə məşğul olub.

Otağın açarına gəlincə isə, onun biri mütləq təsərrüfat müdirində olmalıdır. Ora bizim şəxsi mülkümüz deyil ki, kabinetin qapını bağlayıb, açarı cibimizə qoyub gedək”.

Ramil həkimin bonuslarına heç vaxt göz dikməmişəm: “Şüayla işləyən heç bir həkim normativlərdən qırağa çıxıb, daha çox xəstə qəbul edə bilməz. Limit həddini mən yox, qanun tənzimləyir. Hər həkimin bir günlük iş yükü müəyyənləşib. Biz həkimi o qədər çox işlədə bilmərik ki, o qısa müddətdə öz səhhətindən olsun. Ramil bonus arxasınca qaçan adamdır. Ona izah edə bilmirdim ki, sən cavan adamsan, bu qədər şüalanmağın qadağandır. Bundan əlavə aparat da gücə düşürdü. O, bunların heç birini nəzərə almırdı. Bonusa isə müdriyyət heç bir halda qarışa bilməz, mən də bonusa yaxın duran insan deyiləm. Ona izah edirdim ki, sən xəstəyə niyə tələb olunandan çox nahiyə çəkilişi edirsən? Bunun xəstəyə xeyri yoxdur axı. Ramil həkim də bu hallardan qıcıqlanıb. Məzuniyyətdə ola-ola işə gəlirmiş. Qeydiyyatdakı xanımlara bildirib ki, məni müdriyyət çağırıb. Məzuniyyətdə olan işçini işlədə bilmərik”,-deyə direktor fikrini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://mia.az
archiveBu xəbər 08 Yanvar 2026 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri