Icma.az
close
up
RU
Həkimin kompüterindən dinləmə cihazı tapılıb? KONKRET

Həkimin kompüterindən dinləmə cihazı tapılıb? KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

“Çalışdığım Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda kompüterimdən dinləmə cihazı tapılıb”.

KONKRET.az xəbər verir ki, bu iddianı həkim-radioloq Ramil Abdullayev Lent.az-a müraciətində irəli sürüb.

R.Abdullayev ETTBİ-nin direktoru Mətanət Əfəndiyevanın ondan tibbi sığortadan əldə olunan gəlirin yarısını tələb etdikdən sonra aralarında problem yarandığını bildirib: “Mən 2019-cu ildən bu institutda çalışıram. Ötən ilin avqustunda direktor Mətanət Əfəndiyeva mənə dedi ki, icbari tibbi sığortadan aldığım bonusların yarısını ona verim. Onun bu tələbindən imtina etdikdən sonra bildirdi ki, “sənin yerinə pul verib, işə düzəlmək istəyənlər çoxdur”. Hadisədən sonra qanunsuz olaraq mənə gün ərzində 25 xəstədən çoxunu müayinə etməmək limiti təyin olundu. Saat 11-12-yə qədər 25 xəstəni yoxlayırdım. Şəhid ailələri, qazilər gəldikdə isə onlara talon vermirdilər ki, direktorun göstərişi var. Xəstələrin Səhiyyə Nazirliyinə, İcbari Tibbi Sığortaya şikayətlərindən sonra bu limit üstümdən götürüldü. Oktyabrın 9-da kabinetimdəki kompüterin təmiri zamanı prosessorun içərisindən səsdinləyici qurğu çıxdı. Onu kompüterimə rəhbərlik yerləşdirib. Bundan sonra mənə qarşı təzyiqlər davam etdi, lakin dinləmə cihazı tapıldığını heç kimə bildirmədim. Otağımın iki açarı var, biri məndə, digəri isə təsərrüfat şöbəsinin müdiri Cavanşir Tanrıverdidədir. Bu hadisədən sonra otağımın qarşısına kamera quraşdırdım.

Oktyabrın sonunda məzuniyyətə olarkən əlavə rentgen həkimi ştatı açıldı və noyabrda saxta müsabiqə əsasında daha təcrübəli namizədlər olmasına baxmayaraq, şöbə müdiri Şəfiqə Əliyevanın rəfiqəsini işə götürdülər. Bu cür saxta müsabiqələrin, ştatların açılması ilk hal deyil. Dəfələrlə pul alıb, işə adam götürüblər”.

Həkimin sözlərinə görə, rəhbərlik tərəfindən xüsusi öyrədilmiş şəxs ona hücum edib: “Dekabrın 24-ü İntizam Komissiyasının iclası keçirildi. Mən kabinetə qayıdan zaman rəhbərlik tərəfindən öyrədilmiş, xəstəxananın texniki işçisi Əjdər Əjdərov mənə və atama hücum etdi. Onların məqsədi o idi ki, mən özümü idarə edə bilməyib, həmin adama nə isə müdaxilə edim.

Dekabrın 25-də qanunsuz iclas keçirilərək, qərara alındı ki, mən işdən çıxarılım. Səbəb olaraq kamera quraşdırmağımı əsas gətirirlər. Həmin iclasdan sonra evə gələndə hipertonik kriz keçirdim, hələ də müalicə alıram. Bülletendə olduğuma görə direktor əmrimi verə bilmir”.

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Mətanət Əfəndiyeva iddiaları təkzib edib: “Ramil həkim iclasda işdən çıxarıldığını bildirir, bu, yalandır. İclasda heç kim işdən çıxarılmır, orada təkliflər olunur, hər kəs öz fikrini deyir. Görünür Ramil həkim işçilərin əmrlə çıxarıldığını bilmir. Durduq yerdə ona əmr verə bilmərəm. Onun işdən çıxarılması üçün zərurət yaransa, məsələni Nizam-intizam Komissiyasına veririk ki, araşdırsınlar. Bura mənim özəl klinikam deyil ki, istəmədiyim insanı işdən çıxarım. Dövlət müəssisəsində kimsə kimisə işdən çıxara bilər?! Mən də öz həddimi bu qədər aşa biləcək insan deyiləm. Qanunsuz addım atmaram heç vaxt.

Ramil hələ də bizim işçimizdir. İclasdan sonra o özünə xəstəlik vərəqəsi açdırıb. Hadisədən sonra onun səhhətində, bəlkə də, problem yaranıb. Mənə maraqlı gəlir ki, bu insan hələ də xəstədirsə, səhhətində problem varsa, durmadan sosial şəbəkələrdə videolar paylaşır, xarici ölkələrə informasiya göndərir. Çıxışlarından da xəstə adama oxşamır.

Səsdinləmə cihazına gəldikdə isə mən həyatımda elə bir cihaz görməmişəm. Təsəvvürümə gətirə bilmirəm ki, prosessorun içərisinə o necə qoyula bilər? Prosessorun açılıb-açılmamasını başqa qurumlardan olan mütəxəssislərə həvalə edib bilmək olar. Ramil həkim deyir ki, cihaz budur. Gətirib göstərsin, barmaq izlərini yoxlatdıraq, görək bu, qurma hadisədir, yoxsa direktor iş-gücünü atıb Ramillə məşğul olub?!”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Yanvar 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri