Icma.az
close
up
RU
Bakıda söküntüyə dair narazılıq: “Ya pul, ya da yeni bina” Hansı düzgün seçimdir?

Bakıda söküntüyə dair narazılıq: “Ya pul, ya da yeni bina” Hansı düzgün seçimdir?

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda daha bir köhnə yaşayış massivində söküntü işləri başlayıb. Nizami rayonunda istismar müddətini başa vurmuş 5 mərtəbəli binaların yerində 16 mərtəbəli yeni yaşayış kompleksi tikiləcək.

Sakinlərin bir qismi kompensasiya alıb köçürülməyə razıdır, bir qismi isə aldıqları məbləğin mərkəzdəki evlərini əvəz etmədiyini deyir. Sosial şəbəkələrdə “mərkəzdə yaşayırdıq, indi verilən pula ancaq Xırdalanda ev almaq olur” kimi narazılıqları ifdə edən paylaşımlar edilir.

“Konpensasiya hesablanması zamanı əvvəlcə qiymətləndirici tərəf dəvət olunur. Qiymətləndirici konpensasiya dəyərini müəyyən edir. Söküntü icra olunduqda təzminat ödənilir".

Bunu “Yeni Sabah”a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

O bildirib ki, kompensasiya məbləğinin hesablanması müstəqil qiymətləndiriciyə tapşılır:

"Amma söküntünü özəl şirkət apardıqda, vətəndaşa təklifi onlar edir. Bizim fikrimizcə, hər iki halda qiymətləndiricinin rəyi əsas kimi götürülməlidir. Şirkətlərin bazar dəyəri təyin etmək hüququ yoxdur. Qanuna görə, yalnız Dövlət İmtahan Mərkəzinin imtahanından müvəffəqiyyətlə keçmiş mütəxəssis- qiymətləndirici qiymətləndirmə işini həyata keçirə bilər”.

AQC sədri vurğulayıb ki, kompensasiyanın həcmi  bazar dəyərindən aşağı olmamalıdır:

“Kompensasiya hesablanarkən qiymətləndirici həmin ərazidə müvafiq qiymətləndirmə obyektinə uyğun olaraq bazar dəyərini müəyyən edir. Bir kvatratmetrin bazar dəyəri müəyyən edildikdən sonra, əgər ehtiyac varsa, həmin ərazilərdə ölçü işləri aparılır, yoxdursa, konkret mənzillər üzrə sahəyə uyğun olaraq konpensasiya dəyəri müəyyən olunur.

Əgər sökülən ərazidə yeni bina tikiləcəksə, vətəndaşa 6 ay, 1 il müddətində kirayə pulu ödənilir. Bina tikilmirsə, o zaman söküntüdən əvvəl vətəndaşa müvafiq konpensasiya məbləği ödənilir ki, özünə yeni yaşayış yeri ala bilsin”.

Vüqar Oruc bildirib ki, vətəndaşların narazılığının əsas səbəblərindən biri köhnə evin dəyərinə yenə həmin ərazidə yeni mənzil almaq istəyidir: 

“Bu qiymətlər real bazar dəyərini əks etdirir. Kompensasiya bazar dəyərindən aşağı olmamalıdır. Amma vətəndaş, adətən, qəzalı və ya köhnə evinin əvəzinə elə həmin ərazidə yeni mənzil almaq istəyir. Əslində, hər iki yanaşmanın hüquqi əsasları mövcuddur. Məncə, narazılıqların qarşısını almaq üçün qiymətləndiricinin qarşısında belə bir tələb qoyulmalıdır: söküntü aparılan əraziyə yaxın olan massivdə müəyyən dəqiq məsafə, məsələn, binanın yerləşdiyi ərazidən 1 kilometr radiusda yeni tikililərdə 1 kvadratmetrinin dəyəri müəyyən edilsin. Bu yanaşma tətbiq olunsa, həm vətəndaşların narazılığı aradan qalxar, həm də müvafiq icra strukturlarının mütəmadi olaraq üzləşdiyi problemin həlli mümkün olar”.

O, kompensasiya yerinə, yeni mənzillə təmin olunmağın daha əlverişli olduğunu bildirib:

“Köhnə bina sökülərkən sakinlərə seçim verilir: ya pul, ya da yeni bina. Məncə, yeni tikiləcək bina seçimi daha uğurludur. Birincisi, yeni tikilidir, daha keyfiyyətli və normativlərə uyğun şəkildə tikinti həyata keçirilir.

İkincisi isə pulu alıb özü ev axtaranda vətəndaşlar bir çox hallarda düzgün seçim edə bilmirlər. Müəyyən müddət gözləyirlər, həmin müddətdə də hər gün bahalaşan bazar qiymətləri sonda onları çətin vəziyyətdə qoyur. Şəxsən mən düşünürəm ki, kompensasiyanın qarşılığında yeni mənzilin təklif  olunması daha sərfəlidir”.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 Noyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri