Bakıda söküntü zamanı hansı hallarda pul və ya mənzil verilir?
Icma.az, Azpost portalına istinadən məlumat verir.
Paytaxtda aparılan yenidənqurma və söküntü işləri çərçivəsində köhnə yaşayış binaları mərhələli şəkildə sökülür, onların yerində isə yeni tikililər inşa olunur.
Bu proses zamanı kompensasiya məbləğlərinin müəyyənləşdirilməsi ilə bağlı tikinti şirkətləri ilə sakinlər arasında fikir ayrılıqları yaranır. Razılaşma əldə olunmadıqda isə məsələlər məhkəməyə qədər gedib çıxırlar.
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda paytaxtda söküntü işləri əsasən iki formada həyata keçirilir. Bunlardan biri torpaqların dövlət ehtiyacı üçün alınması, digəri isə qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları və fərdi evlərin özəl tikinti şirkətləri tərəfindən sökülərək yeni tikililərlə əvəzlənməsidir:
“Torpaqlar dövlət ehtiyacı üçün alındıqda ərazidə mövcud olan daşınmaz əmlaklar bazar dəyərinə uyğun qiymətləndirilir və vətəndaşlara kompensasiya olaraq pul ödənilir. Özəl tikinti şirkətləri tərəfindən aparılan söküntülərdə isə əksər hallarda mənzil sahiblərinə yeni tikiləcək binalardan mənzillər təqdim olunur. Bəzi hallarda isə kompensasiya pul formasında verilir”.
O qeyd edib ki, tikinti şirkətinin təklif etdiyi məbləğ vətəndaşı qane etmədikdə və ya tələb etdiyi məbləğ şirkət tərəfindən qəbul edilmədikdə məsələ məhkəmə müstəvisinə çıxarılır:
“Məhkəmə tərəfindən müstəqil qiymətləndirici şirkətlər cəlb olunur və əmlakın bazar dəyəri müəyyənləşdirilir. Kompensasiya məbləği isə həmin qiymətləndirmə şirkətinin təqdim etdiyi rəy əsasında formalaşdırılır”.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 08 Fevral 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















