Icma.az
close
up
RU
Bakıda SPECA nın Regional Tədqiqat Mərkəzi yaradıla bilər

Bakıda SPECA nın Regional Tədqiqat Mərkəzi yaradıla bilər

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 23 aprel, AZƏRTAC

Tailandın Banqkok şəhərində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyası çərçivəsində təşkilatın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) iştirakçı dövlətlərinin nazirlərinin görüşü keçirilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə iştirak edən iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev qlobal təchizat zəncirlərinin transformasiyası, rəqəmsallaşmanın sürətlənməsi və iqlim risklərinin artması kimi qlobal çağırışlar fonunda daha sıx regional əməkdaşlığın önəmini vurğulayıb.

Ölkəmizin elektron ticarətin genişləndirilməsi, Orta Dəhlizin inkişafı, rəqəmsal gömrük və logistika həllərinin tətbiqi, eləcə də insan kapitalının gücləndirilməsi istiqamətində ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçiriləcək SPECA İqlim Ağıllı Şəhərlər Forumunun praktiki əməkdaşlıq üçün əlavə platforma yaradacağı qeyd edilib. SPECA Çoxtərəfli Etimad Fondunun birgə təşəbbüslərin həyata keçirilməsinə təkan verəcəyi bildirilib.

Görüşdə SPECA regionunda dayanıqlı və inklüziv iqtisadi inkişafın təmin edilməsi məqsədilə multimodal dəhlizlərin və rəqəmsal logistika platformalarının gücləndirilməsi, ticarət və tranzit prosedurlarının rəqəmsallaşdırılması məsələləri müzakirə olunub. Eyni zamanda, kiçik və orta sahibkarlığın dəstəklənməsi, nəqliyyat, logistika, rəqəmsal ticarət, təchizat zəncirlərinin idarə olunması sahələrində peşə hazırlığı və bacarıqların artırılması prioritet istiqamətlər kimi diqqət mərkəzində olub.

Görüş çərçivəsində elm və innovasiya sahəsində tərəfdaşlıq, Bakıda dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat üzrə SPECA-nın Regional Tədqiqat Mərkəzinin yaradılması və digər məsələlər nəzərdən keçirilib.

Tədbirdə BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibinin müavini Şombi Şarp “SPECA regionunda təsir üçün tərəfdaşlıq: Çoxtərəfli Etimad Fondu” mövzusunda təqdimatla çıxış edib.

Görüş çərçivəsində SPECA iştirakçı dövlətlərinin Birgə Bəyanatı qəbul edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri