Icma.az
close
up
RU
Regional güc mərkəzi

Regional güc mərkəzi

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

“Gürcüstan-Azərbaycan münasibətlərinin tarixi çox qədimlərə gedib çıxır. İki ölkə arasındakı dostluq, qardaşlıq münasibətləri bir çox ölkələr üçün nümunədir. Strateji tərəfdaşlıq əlaqələrimiz ildən-ilə güclənir, keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana son işgüzar səfəri də bunu sübut etdi. İkinci dəfə hökumət başçısı olduqdan sonra ilk səfərini ölkəmizə edən cənab Kobaxidze bununla da Tbilisinin Azərbaycanla əlaqələrə nə qədər böyük önəm verdiyini nümayiş etdirdi”. Bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

İki ölkənin tarixində və taleyində xeyli oxşar məqamların olduğunu diqqətə çatdıran deputat üzləşdiyimiz faciələrin bir-birinə bənzədiyini bildirdi: “Şərqlə Qərbi bir-birinə qovuşduran Gürcüstan və Azərbaycan bu gün dünyanın diqqət mərkəzindədir. Dəyişən regional və qlobal şərtlər fonunda ölkələrimiz birgə addımlar sayəsində etibarlı körpü və mühüm oyunçular kimi çıxış edirlər. Kobaxidzenin Bakıya son səfərinin əsas məqsədi təkcə iki ölkə arasında siyasi və iqtisadi əlaqələri gücləndirmək deyil, həm də birlikdə regional güc kimi çıxış etməkdir. Gürcüstanın Baş naziri ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev arasında görüş ötən gün dünya mediasının, siyasi düşüncə mərkəzlərinin əsas müzakirə mövzusuna çevrildi. Bakıdakı görüşdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu, habelə regional əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Prezident cənab İlham Əliyev Azərbaycan və Gürcüstanı mehriban qonşuluq və tarixən dostluq münasibətləri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələrinin birləşdirdiyini diqqətə çatdırdı. Dövlət başçısı xüsusilə vurğuladı ki, bu gün Gürcüstan–Azərbaycan bütün istiqamətlər üzrə uğurla inkişaf edir. İqtisadiyyatın elə bir sahəsi yoxdur ki, ölkələrimiz o sahələrdə əməkdaşlıq etməsin. Ötən əsrin əvvəllərində Qafqazın mədəniyyət beşiyi hesab olunan Tbilisi bu gün də azərbaycanlılar üçün doğma şəhər hesab olunur. İş adamlarımızın bu ölkəyə yatırdığı sərmayələr milyardlarla dollar həcmindədir. Mətbuata açıqlamasında Prezident cənab İlham Əliyev Azərbaycanın Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyduğunu diqqətə çatdırdı. Dövlət başçısı bunu Gürcüstanda olan çox müsbət sərmayə iqliminin yaradılması ilə əlaqələndirdi. Rəsmi Tbilisinin yürütdüyü uğurlu iqtisadi siyasətin nəticəsidir ki, Azərbaycan investorları da böyük həvəslə Gürcüstana sərmayə yatırırlar. İki ixrac neft və iki ixrac qaz kəmərlərimiz Gürcüstandan keçir ki, bu da ölkə üçün əhəmiyyətli gəlir mənbəyi deməkdir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin böyük əhəmiyyət kəsb edir. Gürcüstan dövlətinin inkişafında, orada əmin-amanlığın və firavanlığın təmin olunmasında dünyada Azərbaycan qədər maraqlı olan ikinci bir ölkə tapmaq çətindir. Çünki strateji enerji layihələri və nəqliyyat dəhlizlərinin keçdiyi Gürcüstanda ictimai-siyasi sabitliyin olması regional rifahın qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Dövlətimiz Gürcüstanın ərazi bütövlüyünə dərin hörmət bəsləyir və ölkədə baş verən siyasi prosesləri diqqətlə izləyir. Gürcüstanda hakimiyyətdə hansı siyasi qüvvənin mövcudluğundan asılı olmayaraq Azərbaycan dövləti ən çətin günlərdə öz qardaş dəstəyini əsirgəməyib. Gürcüstanın həm keçmiş, həm də indiki dövlət başçıları Azərbaycanın siyasi rəhbərliyinin dəstəyini yüksək qiymətləndirib və minnətralıq hissi ilə qeyd ediblər.
Gürcüstan və Azərbaycan həm beynəlxalq, həm də regional təşkilatlarda həmişə bir-birinə dəstək olublar. Bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyıblar. İkinci Qarabağ müharibəsindən sonra özünün ərazi bütövlüyünü təmin edən və Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan ilə münasibətləri inkişafı etdirmək Gürcüstan üçün də həyati əhəmiyyət daşıyır. Ali Baş Komandan cənab İlham Əliyevin 44 günlük müharibədə əldə etdiyi parlaq qələbə, ərazi bütövlüyünü təmin edə bilməsi Gürcüstan üçün də müsbət presedent yaratdı. Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı hərbi əməliyyatları ilk dəstəkləyən ölkələrdən biri də Gürcüstan oldu. Təsadüfi deyil ki, mətbuata açıqlamasında Baş nazir Kobaxidze Prezident cənab İlham Əliyevi xalqının, dövlətinin maraqlarını müdafiə edən lider adlandırdı: “Siz regionda fərqli bir lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur”. Doğrudan da, bu gün Azərbaycan dövləti və onun rəhbəri bir çox ölkələr üçün nümunədir”.
M.Vəliyeva qeyd etdi ki, bütün hallarda Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana son səfəri ölkələrimiz arasında əlaqələri daha da gücləndirəcək: “Görünən odur ki, yeni formalaşmış Gürcüstan hökuməti Azərbaycanın uğur təcrübəsini öyrənmək ehtiyacı duyub. Gürcüstan hakimiyyətinin daxili və xarici siyasətində etdiyi radikal dəyişikliklər – milli maraqları hər şeydən üstün tutması, beynəlxalq siyasi oyunların alətinə çevrilmək istəməməsi bunu deməyə imkan verir. Hər bir dövlət tarixi köklərinə, dəyərlərinə sadiq qalanda, milli maraqlara söykənən siyasət yürüdüəndə daha güclü və nüfuzlu olur. Onu da qeyd etməliyəm ki, Azərbaycan – Gürcüstan münasibətlərinin əsasını Ulu Öndər Heydər Əliyev və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze qoyublar. İki böyük dövlət xadiminin əsasını qoyduğu sağlam təməl bu gün öz bəhrəsini verir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Yanvar 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri