Bakıda su niyə fasilələrlə verilir? Səbəb AÇIQLANDI
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı şəhəri və Bakıətrafı bəzi yaşayış ərazilərində su təchizatında fasilələr müşahidə edilir.
Modern.az-ın məlumatına görə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, su təchizatındakı fasilələr müəyyən səbəblərlə bağlıdır.
"Yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbatın artması təbiidir. Mövcud qurğuların və sudaşıyıcı kəmərlərin ifrat yüklənməsi nəticəsində qəza risklərini də minimuma salmaqla tələbatın maksimum optimal qarşılanması üçün tənzimlənmə işləri aparılır", - açıqlamada bildirilir.
Qeyd olunub ki, Bakı şəhərinin əsas su təminatçısı olan Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Kür sutəmizləyici qurğuları komplekslərində suyun istehsal həcmlərinin artırılması, sudaşıyıcı magistral kəmərlərin, hövzələr üzrə supaylayıcı şəbəkələrin, qurulması istiqamətində yeni layihələrin icrası intensiv şəkildə davam etdirilir.
Hazırda da əksər ərazilərdə su təminatı normal rejimə qaytarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 23 İyul 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















