Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bakıda su niyə fasilələrlə verilir? Rəsmi

Bakıda su niyə fasilələrlə verilir? Rəsmi

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Bakının müxtəlif ərazilərində yaranmış su problem ilə bağlı daha bir açıqlama yayıb. 

Qurumdan “Qafqazinfo”ya daxil olan məlumatda bildirilib ki, yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbat artır.

Rəsmi məlumata görə, mövcud qurğuların və sudaşıyıcı kəmərlərin həddindən artıq yüklənməsi nəticəsində qəza risklərini də minimuma salmaqla tələbatın maksimum optimal qarşılanması üçün müəyyən tənzimlənmə işləri aparılır:

“Hazırda mövcud vəziyyətlə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən 24 saatlıq intensiv iş rejimi tətbiq edilir və su təchizatı qrafik rejimdə günlük, saatlıq olaraq tənzimlənir. Əhalinin 70%-dən çoxu 24 saatlıq su rejimindədir, geri qalan abonentlərə isə 12, 8 və 4 saatlıq su təchizatı rejimi tətbiq edilir.

Rejimlərin tənzimlənməsi əsasən fərdi yaşayış üçün nəzərdə tutulmayan Bakı və ətrafında pərakəndə üsulla salınmış yaşayış ərazilərinə təsir edir, əsas sugətirici magistral kəmərlərin üzərindəki, mühafizə zolağındakı mövcud qanunsuz tikililər suyun çatdırılmasında və rejim tənzimlənməsində də əlavə problemlər yaradır. Həmçinin, mövcud qanunsuz birləşmələr su təchizatı sisteminə ciddi texniki və iqtisadi yük yaradır. Belə birləşmələrin qeyri-qanuni və ödənişsiz olması səbəbindən su itkisinin səviyyəsi də əhəmiyyətli dərəcədə artır. Bütün bu amillər təchizatda fasilələrə səbəb olsa da, hazırda intensiv və sistemli tədbirlər görülür. Ümumilikdə fasiləsiz, o cümlədən qrafik rejimi əsasında su ilə təmin edilən kifayət qədər ərazilərin qızmar hava şəraiti səbəbindən su təminatı rejimində dəyişiklik edilməsi zərurəti yaranıb.  

Misal üçün, hər hansı rayonunun bir çox hissəsi səhər saat 6-dan günorta saat 12-ə qədər normal təzyiqlə su alırdı və günorta 12-dən axşam 6-ya kimi həmin təzyiq təxminən 50 faizə endirilirdi. Axşam saatlarında əhalinin sudan daha çox istifadə etdiyi zamanda yəni, saat 6-dan gecə 12-ə kimi normal təzyiqə qaytarılırdı. Hazırda isə bir əraziyə 24 saat su verib, digər ərazini ümumiyyətlə susuz saxlamaq olmaz. Yay aylarında 24 saat su alan ərazilərdə qrafikli rejimə keçməklə 12 saat su verilir. Bəzi ərazilərdə isə mövcud vəziyyətlə bağlı qrafikli rejimlərdə saat dəyişikliyi edilib.

Həmçinin 4 saat səhər, 4 saat axşam su qrafikinin tətbiq olunduğu ərazilər hazırda 3 saat səhər, 3 saat axşam rejiminə keçməklə təmin edilir. Hətta şəhərin ucqar nöqtələri, primitiv üsulla su təchizatının mövcud olduğu ərazilər də gün ərzində 1 dəfə olmaqla səhər saat 6-dan 10-a kimi su ilə təmin edilir. 

Yəni hesablanmış qaydada suyun düzgün paylanma balansını qorumaqla Bakı şəhərinin ən ucqar nöqtəsindən ən çökək nöqtəsinə qədər hər bir abonentə suyun çatdırılması nəzərdə tutulur”. 

O  qeyd edilib ki, keçən illə müqayisədə bu ilin cari ayında havanın temperaturu 6-7 dərəcə daha yüksəkdir:

“O cümlədən, əhalinin artımı və şəbəkənin genişləndirilməsi, vətəndaşların bir çoxunun bağ evlərinə köçməsi və s. faktorları da mövcud vəziyyətə səbəbdir. Hazırda mənbə və daşıyıcı xətlər üzrə yay rejiminin tələbatına uyğun olaraq, Bakı şəhərinə tələbatından 0,3 milyon kub metr çox su verilir. Buna baxmayaraq, normativə cavab verməyən tikililər, xətlərin tənzimlənməsinə əngəl yaradan yaşayış sahələri suyun fasiləsiz təminatına ciddi faktor kimi təsir edir. 

Bu faktların aradan qaldırılması istiqamətində Bakı şəhərinin əsas su təminatçısı olan Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Kür Sutəmizləyici Qurğuları Komplekslərində suyun istehsal həcmlərinin artırılması, sudaşıyıcı magistral kəmərlərin, hövzələr üzrə supaylayıcı şəbəkələrin qurulması istiqamətində yeni layihələrin icrası intensiv şəkildə davam etdirilir. 
Həmçinin yeni layihələr də mövcud plan üzrə icra olunmaqdadır, lakin nəzərə almaq lazımdır ki, bu istiqamətdə həyata keçirilən işlər genişmiqyaslı infrastruktur layihələridir və qısa müddətli deyil. 

Hazırda maksimum güclə intensiv fəaliyyət həyata keçirilir. İşçi heyəti 24 saat fasiləsiz və növbəli rejimdə istismar və təmir-bərpa işlərini yerinə yetirir. Hazırda əksər ərazilərdə su təchizatı əvvəlki rejimə qaytarılıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 İyul 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see615

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see432

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see315

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see304

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see251

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see232

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see223

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see220

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see211

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see202

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see200

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see199

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see196

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see190

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see185

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see175

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see175

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see172

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see163

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri