Icma.az
close
up
RU
Bakıda subaylar niyə ev tapa bilmir? AÇIQLAMA

Bakıda subaylar niyə ev tapa bilmir? AÇIQLAMA

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illər kirayə mənzil bazarında ən çox rast gəlinən problemlərdən biri də ev sahiblərinin subay şəxslərə ev verməkdən imtina etməsidir. Xüsusilə tələbələr və paytaxta işləmək üçün gələn gənclər mənzil axtarışı zamanı “yalnız ailəyə verilir” şərti ilə tez-tez qarşılaşırlar. Bəzi ev sahibləri bunu əvvəlki mənfi təcrübələrlə əlaqələndirsə də, bir çoxları bu yanaşmanın ayrı-seçkilik olduğunu düşünür. 
Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, bu Azərbaycanda kirayə mənzil bazarında ən çox rast gəlinən şərtlərdən biridir:
“Xüsusilə paytaxt Bakıda və iri şəhərlərdə subay şəxslər mənzil kirayələmək istəyərkən ciddi çətinliklərlə üzləşirlər. Ev sahiblərinin əksəriyyəti ailəli kirayəçilərə daha çox üstünlük verdiklərini gizlətmirlər. Onların fikrincə, ailəli şəxslər həm mənzilə daha məsuliyyətli yanaşır, həm də kirayədə daha uzun müddət qalırlar. Bu isə ev sahibinə tez-tez yeni kirayəçi axtarmaq məcburiyyəti yaratmır. Bir çox ev sahibi hesab edir ki, ailələr mənzilin təmiz saxlanılmasına, əmlakın qorunmasına və kommunal ödənişlərin vaxtında edilməsinə daha diqqətli yanaşırlar. Bundan əlavə, ailəli şəxslərin qonşularla münasibətlərdə daha sakit və sabit davranış sərgilədiyi düşünülür. Bəzi ev sahibləri isə əvvəlki mənfi təcrübələr səbəbindən subay şəxslərə qarşı ehtiyatlı olduqlarını bildirirlər. Xüsusilə tələbə və ya bir neçə nəfərin birlikdə yaşadığı mənzillərdə səs-küy, tez-tez kirayə dəyişiklikləri və mənzilə zərər vurulması kimi halların yaşandığı iddia edilir. Məhz bu səbəbdən kirayə bazarında subay şəxslərə qarşı müəyyən stereotiplər formalaşıb”.
Subay şəxslərə qarşı formalaşan stereotiplər isə çox vaxt əvvəlki mənfi təcrübələrlə əlaqələndirilir. Bir neçə nəfərin birlikdə qaldığı evlərdə səs-küy, mənzilə ziyan vurulması və kirayəçilərin tez-tez dəyişməsi kimi hallar ev sahiblərini ehtiyatlı davranmağa məcbur edir. Gənclər isə bu yanaşmanın onlara qarşı açıq ayrı-seçkilik olduğunu hesab edirlər.
Qısası, ev sahibləri evlərinin təmiz qalması, ödənişlərin gecikməməsi və qonşularla problem yaşanmaması üçün mənzilləri subay gənclərə deyil, evli şəxslərə verməyə çalışırlar.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 May 2026 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see446

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see397

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see293

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see222

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see217

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see216

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see215

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see211

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see204

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see196

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see193

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see191

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see187

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see184

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see183

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see176

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see175

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see166

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see163

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri