Icma.az
close
up
RU
Bakıda sürücü ilə sərnişinin bıçaqlı davasına RƏSMİ REAKSİYA

Bakıda sürücü ilə sərnişinin bıçaqlı davasına RƏSMİ REAKSİYA

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Dünən sosial şəbəkə istifadəçisi marşrut avtobuda baş verən hadisə ilə bağlı məlumat yayılıb. 

Qeyd edilir ki, saat 17.30 radələrində “Xətai” metrostansiyası yaxınlığında (FHN Yanğından Mühafizə İdarəsinin qarşısındakı dayanacaqda) sərnişini olduğu 30 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü ilə bir sərnişin arasında mübahisə düşüb: 

“Sərnişin avtobusa orta qapıdan mindi, sürücü yerə düşməsini tələb etdi. Sərnişin düşüb ön qapı tərəfə gələndə sürücü tez qapıları bağlayıb maşını yerindən tərpətdi. Sərnişin də tənbəllik eləməyib avtobusun dalıyca qaçdı, qarşıdakı dayanacaqda yetişib sürücünü söydü. Sürücü də ona anası q, arvadı q, sənin ananı, qızını filan eləyim (açıq söyüşlə) gözlə, düşüb sənin özünü də tutub filan şey eləyəcəm, deyib avtobusdan düşdü, sərnişinin dalıyca qaçdı. 

Sərnişin də eləmə tənbəllik, əlindəki torbadan yekə bir bıçaq çıxartdı, avtobusdakı kişi sərnişinlər aşağı düşüb bunları ayırmağa çalışdı, avtobusun içərisindəki uşaqlar, yaşlı qadınlar qorxdu. Sərnişinlər bunları ayırmağa çalışdıqca, bunlar daha da qızışır, qaçıb avtobusun o biri tərəfində bir-birlərinə hərbə-zorba gəlirlər. Küçənin ortasında kriminal film çəkirdilər elə bil. 

Aidiyyəti qurumlar ərazidəki kameralardan hər şeyi aydın görüblər yəqin. Tıxacları yara-yara gələn avtobus sərnişinlə dolu idi, tərpənmək mümkün deyildi, iki nəfərə görə adamlar havasız avtobusda bu sıxlıqda 10 dəqiqədən çox nəfəsləri kəsilə-kəsilə qaldı. 

Üstəlik də bu yazdıqlarımı pəncərədən gərginliklə izləyə-izləyə. Sərnişinin əlində yekə bıçağı görən qadınlar, uşaqlar əsirdi. Evdən çıxanda mənzil başına sağ-salamat gedib çatmaq istəyən bir sərnişin kimi bu gün mənə və avtobusdakı digər qadınlara, uşaqlara stres yaşadan hər iki xuliqanın cəzalandırılmasını xahiş edirəm”. 

Məsələ ilə bağlı müvafiq qurum tərəfindən hansı tədbirlər həyata keçirilib? 

Məsələ ilə bağlı “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətindən məsələ ilə “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ araşdırılır:

“Yəqin ki 1-1,5 saata görüntülər çıxarılıb baxılacaq. Nəticə də itimaiyyətə açıqlanacaq”. 

Nigar Abdullayev
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Mart 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri