Icma.az
close
up
RU
Tahir Kərimlinin “putyovka” davasına Reaksiya

Tahir Kərimlinin “putyovka” davasına Reaksiya

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyində dəyişikliklərdən sonra qurumun fəaliyyətində nəzərə çarpan yeniliklər baş verib.

“Qafqazinfo”  lent.az-a istinadən xəbər verir ki, konfederasiyanın işi yenidən qurulur, mühüm islahatlar aparılır, rüşvət və tapşırıqla icra olunan köhnə metodlar aradan qaldırılıb.

Yollayışların verilməsi üçün mərkəzləşdirilmiş onlayn sistem yaradılıb. Bu sistem əsasında vətəndaş birbaşa müraciət edib sanatoriya seçə bilər. 

Məqsəd isə çox sadədir, yollayışların verilməsində ədalətliliyin, şəffaflığın və əlçatanlığın təmin olunması. Artıq hər kəs onlayn qaydada yollayışını alıb istirahət və müalicə mərkəzlərinə gedə biləcək. İllərdir yollayış üzünə həsrət qalan sadə vətəndaşlar bu qaydalardan daha rahat faydalana biləcək.

Lakin şəffaflığı təmin edən bu qaydalar bəzi məmurları qane etmir. Çünki onlar Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş rəhbəri Səttar Möhbalıyevin dövründə rahat yollarla, tapşırıqla və tanışlıqla yollayışlar alıb istirahət mərkəzlərində dincəliblər. Və yeni qaydalardan narazı qalan bəzi məmurlar "hamı necə, səndə helə" prinsipini bəyənməyərək Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinə kölgə salmağa, hamı üçün əlçatan olan yeni sistemi tənqid etməyə, qarayaxma kampaniyası aparmağa başlayıblar.

Onlardan biri də sabiq millət vəkili Tahir Kərimlidir. Tahir Kərimli həyat yoldaşı ilə Naftalan sanatoriyasına göndəriş alıb. O iddia edir ki, əvvəllər həyat yoldaşı da, özü də 15% ödəniş edib. İndi isə bahalaşma var. Belə ki, həyat yoldaşı 50% ödəniş edib. 

Saytın məlumatına görə, sabiq millət vəkili Tahir Kərimli iyulun 16-sı üçün  Naftalan şəhərində yerləşən “Çinar” hotelinə 10 gün müddətinə 2 nəfərlik müalicə təyinatlı  yollayışla təmin olunub. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta vəsaitləri hesabına sanatoriya-kurort müəssisələrinə verilən yollayışların bölüşdürülməsi və uçotu Qaydaları”nın 2.21-ci bəndinə əsasən, ər və arvadın birgə müalicəsi üçün sanatoriyalara yollayışlar müraciət edən şəxsə (sığortaolunanlara və əmək pensiyaçılarına) dəyərinin 15 faizi ödənilməklə verilir. Onun işləməyən ailə üzvünə (ərə, arvada) isə yollayışlar 50 faiz dəyəri ödənilməklə verilir.

Həmin Qaydalara əsasən Tahir Kərimli yollayışın dəyərinin 15%-ni, həyat yoldaşı isə  50%-ni ödəyib. 

Yollayışın ümumi dəyəri 2450 manat təşkil edib. Bu yollayışa görə Tahir Kərimli 184, həyat yoldaşı Lətifə Tahirli isə 613 manat vəsait ödəyib. 

Bundan başqa, sabiq millət vəkilinin qızı Sevinc Kərimliyə də onlayn formada qeydiyyatdan keçərək müraciət edib. O da istirahət təyinatlı yollayışla təmin edilib. 

Qeyd edək ki, Həmkarlar İttifaqları Konfederasiyası yollayışlarla bağlı yaxın günlərdə mediada geniş məlumat vermişdi.

Həmin məlumatda da qeyd olunur ki, yollayışın təyinatından asılı olmayaraq, hər bir üzv ümumi dəyərin yalnız 15%-i ödəməklə yollayış əldə edirlər. Sadəcə, onlar müəyyən prosedurlara əməl etməlidir. Bu, ilk növbədə, yollayışdan istifadə edəcək ailə üzvləri ilə bağlı olan məsələdir. Ailə üzvləri dedikdə sanator-kurort, yəni, müalicə təyinatlı yollayışlarda yalnız ər və arvad gedə bilər. Uşaqlar, yaxud digər ailə üzvləri bu yollayışdan istifadə edə bilməz. İstirahət təyinatlı yollayışda isə ər, arvad və yalnız 18 yaşa qədər olan övladları, 18 yaşından 23 yaşa qədər olan övladlar isə tələbə biletini təqdim edərək xidmətdən yararlana bilər. Bu halda bütün üzvlər yollayışın ümumi dəyərinin 15%-i ödəyir. Müalicə təyinatlı yollayışlarda isə əgər ailə üzvünün biri AHİK-ə üzv deyilsə, bu halda o yollayışının 50% dəyərini ödəyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 İyul 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri