Bakıda sürücülər üçün 40 manatlıq “tələ”
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda yol xətlərinin silinməsi və yenidən çəkilməsi zamanı yaranan çaşqınlıq sürücünün cərimələnməsinə səbəb olub.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə müraciət edən vətəndaş Emil Hacıyev məlumat verib.
Sürücünün sözlərinə görə, "Hilton" hotelinin yanından sağa dönərkən avtobus zolağına daxil olmayıb, qaydalara uyğun olaraq ikinci zolaqla hərəkət edib və manevrini tamamlayıb. Buna baxmayaraq, ərazidəki kameralar vasitəsilə ona 40 manat məbləğində cərimə yazılıb.
E.Hacıyev bildirib ki, ərazidə yol xətlərinin bir çoxu silinib. Hər gün yeni xətləmə işləri aparıldığı üçün sürücülər hansı zolaqdan dönməli olduqlarını müəyyənləşdirməkdə çətinlik çəkirlər.
"Gündə bir xətt çəkirlər yola, biz də bilmirik haradan, necə dönək. Mənə göndərilən cərimə fotosunda köhnə xətləmə görünür, amma real olaraq yolda avtomobilin olduğu hissədə heç bir xətləmə yoxdur. Bu cərimənin ləğv olunmasını xahiş edirəm", – deyə sürücü bildirib.
E.Hacıyev avtomobilindəki videoreqistratorun qeydə aldığı görüntüləri də BAKU.WS-ə təqdim edib. O, cərimənin haqsız olduğunu iddia edərək ləğv edilməsini istəyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 23 Oktyabr 2026 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















