Ələt istiqamətində sürücülər üçün tələ onlarla avtomobil yollarda qalıb
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Bakı-Qazax magistral yolunun Ələt istiqamətində sürücülər ciddi çətinliklərlə üzləşməkdədir. Modern.az-a sürücülərdən daxil olan çoxsaylı şikayətlərə görə, yağışlı hava şəraitindən sonra yolun bu hissəsində dərin çalalar və xalq dilində "latok" kimi tanınan çuxurlar yaranıb ki, bu da hərəkətin təhlükəsizliyini minimuma endirib. Sürücülər bildirirlər ki, yolda müəyyən olunmuş sürət həddi ilə hərəkət etsələr də, qəfildən qarşılarına çıxan bu çalalardan yayınmaq qeyri-mümkün hala gəlib. Nəticədə onlarla avtomobilin təkərləri partlayır və digər hərəkət hissələri ciddi zədələnir, bir çox nəqliyyat vasitəsi isə hərəkəti davam etdirə bilməyərək yollarda qalıb. Magistralın kənarlarında nasaz vəziyyətdə qalan onlarla maşının evakuatorlar vasitəsilə ərazidən təxliyə edildiyi müşahidə olunur. Vəziyyəti daha da qəlizləşdirən əsas məqamlardan biri də yoldakı işıqlandırma sisteminin həddindən artıq zəif olması, bəzi ərazilərdə isə ümumiyyətlə mövcud olmamasıdır. Gecə vaxtı su ilə dolmuş çalaların görünməməsi qəza riskini dəfələrlə artırır və sürücüləri həm maddi ziyan, həm də həyati təhlükə ilə üz-üzə qoyur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 29 Mart 2026 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















