Bakıda yumurta bahalaşıb? (AÇIQLAMA)
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
"Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli Bakıda broyler yumurtasının qiymətinin kəskin bahalaşmasına aydınlıq gətirib.
Sədr Qaynarinfo-ya açıqlamasında ötən ilin bu dövrünə nisbətən yumurtanın qiymətinin 3 qəpik ucuz olduğunu bildirib:
"Fabriklərdə yumurta yığılır, maşınlara və marketlərə təhvil verilir. Fabriklərdən topdansatış çıxış qiyməti 45 manata başa gəlir. 45 manatı 360-a böləndə qiymət təxminən 13-14 qəpik arasında olur. Qiymət qalxıbsa, bunu bilərəkdən şəbəkə marketlər qaldırıb. Əgər qiymət qalxmayıbsa, informasiya yalandır. Bu səhər hamısından bir-bir soruşmuşam. Fabriklərdən marketə təhvil verilən qiymətlər dəyişilməyib".
Mürvət Həsənli əlavə edib ki, noyabr ayında yumurtanın topdansatış qiyməti 52 manat (360 ədəd üçün) olub:
"Bu ay isə qiymət 45 manat olub. Həm də toyuq ətinin qiyməti də dəyişməyib. Ötən illə müqayisədə fabrik qiymətlərində 5-7% ucuzlaşma var".
Qeyd edək ki, Azərbaycanda yumurtanın qiymətinin 22 qəpiyə qalxması ilə bağlı məlumat yayılıb. Bir neçə gün öncə marketlərdə 12-14 qəpiyə satılan broyler yumurtası hazırda 18-22 qəpiyə təklif olunduğuna dair məlumat yayılıb.
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 24 Dekabr 2024 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















