Icma.az
close
up
RU
Bakıda tapşırıq verildi: Növbə rayonlardadır... Yeni cərimələr gəlir?

Bakıda tapşırıq verildi: Növbə rayonlardadır... Yeni cərimələr gəlir?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən gün bəzi rayonlarda “Son zəng” mərasimlərinin şou xarakteri alması tənqid obyekti olub. Vətəndaşlar müəyyən tədbirlərin musiqiçilər, heyvan kəsimi, bəzədilmiş kortejlərlə birlikdə, adətən toy məclislərini xatırlatdığını bildiriblər. Paytaxt məktəblərində bu cür halların qarşısı inzibati nəzarətlə alınsa da, regionlarda vəziyyətin fərqli olduğu vurğulanır.

Elm və Təhsil Nazirliyi bölgələrə niyə nəzarət edə bilmir? “Son zəng” tədbirləri nə zaman təmtəraqdan kənar qeyd olunacaq?

Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, bəzi rayonlarda keçirilən “Son zəng” tədbirləri təkcə təhsilin yox, ictimai davranış mədəniyyətinin ciddi şəkildə pozulduğunu sübut edir:

“Belə günlərin toy şənliklərini xatırlatması, estrada konsertləri, hətta heyvan kəsimi ilə müşayiət olunması göstərir ki, burada ideoloji boşluq da var. “Ümumi təhsil haqqında” Qanunun 4.1-ci maddəsində təhsilin məqsədi şəxsiyyətin formalaşması, vətəndaşlıq tərbiyəsi və sosial-mədəni inkişaf kimi qeyd olunur. Lakin bu cür tədbirlər məktəbləri kommersiya və nümayiş məkanına çevirir, müəllimşagird münasibətlərini kölgədə qoyur. Bakıda əvvəlcədən verilmiş təlimatlar və monitorinqlərlə bu halların qarşısı alınsa da, regionlarda nəzarət zəifdir. 2023-cü ildə Elm və Təhsil Nazirliyinin monitorinq nəticələrinə əsasən, Bakıda təlimatlara əməl olunma səviyyəsi 92 faiz olduğu halda, regionlarda bu göstərici cəmi 63 faiz təşkil edib. Yəni təhsil sahəsində eyni sənəd və göstərişlər müxtəlif bölgələrdə eyni ciddiyyətlə icra olunmur”.

Kamran Əsədov

Ekspert bildirib ki, əsas səbəblərdən biri yerli təhsil idarəetmələrinin məsuliyyətsizliyi və bəzən yerli icra nümayəndələrinin dəbdəbəli tədbirlərə təşviqidir:

“Valideynlərin xərcləri qarşılanması da sosial bərabərsizliyi artırır. Düşünürəm ki, davamlı nəticə əldə etmək üçün inzibati nəzarət gücləndirilməli, məktəb rəhbərliklərinə konkret məsuliyyət yüklənməli və cəza mexanizmləri tətbiq olunmalıdır. Məktəb tədbirləri şouya çevrilmək əvəzinə, təhsil dəyərlərini gücləndirməyə xidmət etməlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 İyun 2025 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hicab artıq məcburi deyil” − Bahoner

04 Oktyabr 2025 19:47see142

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see136

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see135

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see134

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see134

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see129

Tibbdə YENİLİK: Sümük snıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

04 Oktyabr 2025 23:08see126

Aİ Qəzzada dərhal atəşkəsə və girovların azad edilməsinə çağırıb

04 Oktyabr 2025 14:33see124

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see124

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see123

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see122

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see122

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see122

Azərbaycanın 5 güləşçisi medal qazanıb YENİLƏNİB 2

04 Oktyabr 2025 18:53see121

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see121

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see121

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see120

Marketlərdən bu məhsulları almayın Ekspertdən xəbərdarlıq

04 Oktyabr 2025 19:00see120

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see120

90 cı illərin məşhur qrupu bu şəxsə görə dağılıb Çelik ŞOK ADI açıqladı

04 Oktyabr 2025 21:34see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri