Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Bakıda qapıda növbə: Onlar satanizmə xidmət edir

Bakıda qapıda növbə: Onlar satanizmə xidmət edir

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda çəkildiyi bildirilən və sosial şəbəkələrdə yayılan foto müzakirələrə səbəb olub. Görüntüdə bir küçə boyunca divar kənarında düzülən insanların növbəsi əks olunub.

Məlumata görə, fotoda görünən izdiham falçının qəbuluna düşmək üçün yaranan növbədir. Növbənin uzunluğu və insanların sayının çoxluğu diqqət çəkir. 

Falçı qapısında növbəyə duran insanlar əslində nə axtarır: gələcək, təsəlli, yoxsa ümid?

Sosioloq Elçin Bayramlı Ölkə.az-a açıqlamasında təəssüf hissi ilə bildirib ki, belə mənzərələr çox müşahidə olunur və son vaxtlar bir az da artıb.

Onun sözlərinə görə, dələduzların, fırıldaqçıların sayı çoxalıb və onlara inananların sayı da kəskin artıb:

"Birincisi, məsələyə üç tərəfdən yanaşmaq lazımdır. Hüquqi baxımdan bu, açıq-aşkar dələduzluqdur, cinayətdir. İnsanların aldadılması və maddi vəsaitlərinin talan olunması birbaşa cinayət əməlidir. Eyni zamanda burada digər məsələlər də mövcuddur: başqalarına zərər vurmaq cəhdi hər hansı formada hüquqi problem yaradır.

Sosial baxımdan isə bu, çox ciddi problemdir. İnsanların şüuru və təfəkkürü falçılıq, cadugərlik üzərində qurulur. Falçılıqla nəyəsə nail olmaq qeyri-təbii və qeyri-mənəvi bir formaya çevrilib. İnsan olaraq, fərd və vətəndaş kimi bu, zərərli bir fəaliyyətdir.

Dini və mənəvi baxımdan isə bu, ən böyük günah sayılır. Bütün dinlərdə falçılıq və cadugərlik şeytani bir əməl hesab olunur. Bununla məşğul olanlar və onlara inananlar da şeytani işlərlə məşğul olanlar sayılır. Bundan ağır günah yoxdur; bu, birbaşa satanizm, yəni şeytana xidmət deməkdir. Bu, bütün dinlərdə eyni cür qəbul edilir.

Bu səbəbdən bir çox ölkələrdə belə fəaliyyət qanunla qadağan olunur və cəzalandırılır. Bəzi ölkələrdə ictimai qınaq, digərlərində isə təhsil və maarifləndirmə yolu ilə insanlar bu işlərlə məşğul olmur. Təəssüf ki, bizdə kütlənin bir hissəsi həm bilik, həm də dini baxımdan cəhalət içindədir. Üstəlik, bəzi insanlar qeyri-qanuni və qeyri-mənəvi yollarla iş görməyə çalışır. Bu, mənəvi deqradasiyanın kulminasiyasıdır və cəmiyyətin təhsilsiz, mənəviyyatsız hissəsini göstərir.

Aydın məsələdir ki, bu yollarla heç bir işi həll etmək mümkün deyil. Cəhd etmək belə qeyri-insani və qeyri-mənəvi prosesdir. Başqalarına zərər vurmaq, onların haqqına girmək, ailələrini dağıtmaq və s. hüquqi, sosial və dini baxımdan günahdır".

Sosioloq qeyd edib ki, bunun qarşısını almaq üçün bir çox üsullar mövcuddur:

"Maarifləndirmə uzun illərdir ki, aparılır, amma effektiv deyil; ictimai qınaq potensial olaraq nəticə verə bilərdi, amma bizdə bu yoxdur; dini xadimlər bu məsələnin dini baxımdan ən ağır günah olduğunu çatdıra bilərdi, lakin bu da yetərli deyil.

Yerdə yalnız inzibati və hüquqi müdaxilə qalır. Son zamanlar Orta Asiya ölkələrində – Qırğızıstan və Qazaxıstanda bu məsələ ilə bağlı ciddi qərarlar qəbul olunub. Bizdə də artıq bu məsələnin vaxtıdır. Hesab edirəm ki, Cinayət Məcəlləsinə xüsusi maddələr əlavə edilməli və bu fəaliyyətlə məşğul olanlar ciddi cəzalandırılmalıdır.

Cadugərlik və falçılıq fəaliyyəti qadağan olunmalı, dövlət, dini idarələr və cəmiyyətin sağlam qüvvələri tərəfindən ictimai qınaq yolu ilə də qarşısı alınmalıdır. Biz cəmiyyəti bu bəladan təmizləməliyik. Əks halda sağlam cəmiyyətdən söhbət gedə bilməz. Mənəvi deqradasiya sosial problemlərə, insanların bir-biri ilə münasibətlərinin pisləşməsinə səbəb olur və bu da qəbuledilməzdir. Buna görə ciddi tədbirlər görülməlidir".

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Yanvar 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see632

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see345

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see326

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see249

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see241

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see239

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see223

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see220

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see216

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see207

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see198

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see195

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see193

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see191

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see189

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see186

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see179

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see177

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see166

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri