Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Bakıda tarixi UFC gecəsi 72 ölkədən azarkeş və tam dolu arena

Bakıda tarixi UFC gecəsi 72 ölkədən azarkeş və tam dolu arena

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Tam dolu arena, 72 ölkədən gələn azarkeşlər və Azərbaycan döyüşçülərinin uğurlu çıxışı “UFC Fight Night”: Fiziev vs. Torres turnirini Bakıda keçirilən ən yaddaqalan idman hadisələrindən birinə çevirdi.

Turnirə maraq ötən illə müqayisədə xeyli artmışdı. Biletlər rekord müddətdə tükəndi və iyunun 27-də Milli Gimnastika Arenasında boş yer qalmadı. Ümumilikdə 11 minə yaxın bilet satıldı. Turnirə dünyanın 72 ölkəsindən azarkeşlər qatıldı.

Bakının ardıcıl ikinci dəfə UFC turnirinə ev sahibliyi etməsi təsadüfi deyil. Dünyanın ən nüfuzlu idman təşkilatlarından biri olan UFC turnirlərinin böyük əksəriyyətini ABŞ-də keçirir. Xüsusilə Avropada belə turnirlərə çox az ölkə ev sahibliyi edir. Ardıcıl ikinci dəfə “UFC Fight Night”a ev sahibliyi edən Bakı artıq London və Paris kimi şəhərlərlə birlikdə təşkilatın Avropa təqvimində mühüm yer tutur. Azərbaycan MDB məkanında, Mərkəzi Asiyada və Cənubi Qafqazda UFC turnirlərinə ev sahibliyi edən yeganə ölkə olaraq qalır. Asiyada isə UFC turnirləri yalnız Çin, BƏƏ, Qətər və Səudiyyə Ərəbistanında keçirilir.

UFC həyəcanı isə yalnız döyüş gecəsi ilə məhdudlaşmadı. Bakı demək olar ki, bütün həftə ərzində UFC ritmi ilə yaşayırdı, şəhərdə təşkil olunan bütün tədbirlər böyük maraqla qarşılandı. Döyüşçülərin qonaqlandığı otelin qarşısında günün müxtəlif saatlarında yüzlərlə azarkeş toplaşır, sevimli idmançılarını görmək, şəkil çəkdirmək və imza almaq üçün saatlarla gözləyirdi. Bəzi azarkeşlərin döyüşçülər üçün xüsusi hazırlanmış hədiyyə və suvenirləri də diqqətdən yayınmadı.

Dənizkənarı Bulvarda keçirilən Açıq Məşq minlərlə azarkeşi bir araya topladı, döyüşçülərin hər çıxışı böyük coşqu ilə qarşılandı. Turnirdən bir gün əvvəl baş tutan Təntənəli Çəkiölçmə və Üz-üzə Gəlmələr mərasimində də tribunalarda boş yer tapmaq olmurdu. Bütün bunlar UFC-yə Azərbaycanda marağın ildən-ilə artdığını və turnirin artıq ölkənin ən çox gözlənilən beynəlxalq idman hadisələrindən birinə çevrildiyini bir daha göstərdi.

Turnirin özü də azarkeşlərin gözləntilərini tam doğrultdu. “UFC Fight Night” çərçivəsində ümumilikdə 13 döyüş keçirildi və onların 9-u vaxtından əvvəl başa çatdı. Parlaq nokautlar, sabmişnlar və yüksək temp UFC-nin bu il keçirilən ən baxımlı və ən yaddaqalan turnirlərindən birinə çevirdi.

“UFC Fight Night” Azərbaycan MMA-sı üçün tarixi əhəmiyyət daşıdı. İlk dəfə, eyni UFC turnirində dörd azərbaycanlı döyüşçü oktaqona çıxdı. Onlardan üçü qələbə qazandı. Hazırda UFC-də artıq beş azərbaycanlı döyüşçü çıxış edir və Bakıda keçirilən turnirlərin yeni idmançıların təşkilata cəlb olunmasında mühüm rol oynadığı aydın görünür.

“UFC Fight Night”: Fiziev vs. Torres həm təşkilati səviyyəsi, həm də tamaşaçı marağı ilə Bakının UFC təqvimində mövqeyini daha da möhkəmləndirdi. Turnir bir daha nümayiş etdirdi ki, Azərbaycan beynəlxalq döyüş idmanının ən vacib məkanlarından birinə çevrilmək yolunda inamla irəliləyir.

“UFC Fight Night”: Fiziev vs. Torres bir daha göstərdi ki, Azərbaycan dünyanın ən nüfuzlu idman təşkilatlarının etibar etdiyi ölkələrdən biridir. Bakı isə UFC təqvimində öz mövqeyini daha da möhkəmləndirdi.














Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 İyul 2026 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see338

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see320

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see315

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see298

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see294

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see291

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see282

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see274

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see263

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see258

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see247

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see245

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see241

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see237

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see230

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see221

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see219

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see216

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see215

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri