Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 16 iyun, AZƏRTAC
Bakıda təşkil olunacaq UFC turnirinə biletlər dünyanın 67 ölkəsindən olan azarkeşlər tərəfindən əldə edilib.
Bakı Şəhər Halqasından AZƏRTAC-a bildirilib ki, turnirə ən böyük maraq ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Qazaxıstan və İsraildən müşahidə olunur.
Qeyd edək ki, Azərbaycan hazırda MDB məkanında, Mərkəzi Asiyada və Cənubi Qafqazda UFC turnirlərinə ev sahibliyi edən yeganə ölkədir.
UFC turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas qarşılaşmasında Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gələcək. İkinci əsas döyüşdə isə orta çəkidə çıxış edən Şarabutdin “Shara Bullet” Maqomedov braziliyalı Mişel Pereyra ilə qüvvəsini sınayacaq.
Turnir çərçivəsində daha bir azərbaycanlı döyüşçü Fərman Həsənov da oktaqona çıxacaq. Onun rəqibi ABŞ təmsilçisi Erik Nolan olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 16 İyun 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















