Bakıda təhlükəli piyada keçidi Ölümü gözə alıb buradan keçməlisən!
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xətai rayonunun Babək prospektində çəkilən piyada zolağı sakinlərin narazılığına səbəb olub. Belə ki, prospektdəki zolaq bir nöqtədən sonra kəsilir və piyadalar ya ağacların əkildiyi yaşıllıq sahəsinə, ya da avtomobillərin hərəkət etdiyi magistral yola çıxmaq məcburiyyətində qalır.
Sakinlər bildirirlər ki, bu vəziyyət həm onlar, həm də uşaqları üçün ciddi təhlükə yaradır:
“Ağacların içindən keçək? Təsəvvür edin, burdan uşaqla keçirəm. Hansı məntiqlə zolağı oradan çəkiblər, bilmirəm”.
Digər sakin isə yaxın günlərdə baş verən ölüm hadisəni xatırladıb:
“Bir neçə gün qabaq bir ailəni burda maşın vurdu, ölən oldu”, - deyə o qeyd edib.
Daha ətraflı "Baku Tv"nin süjetində:
Baxış sayı:110
Bu xəbər 02 Oktyabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















