Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır FOTO
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində görülən mühəndis işi sosial şəbəkələrdə tənqid edilib.
Milli.Az xəbər verir ki, söhbət Dəmiryol körpüsünün alt hissəsinə taxta şalbanlarla müvəqqəti dəstək verilməsinə cəhd edilməsindən gedir. Sosial mediada yayılan görüntülərdə körpünün metal konstruksiyalarına uyğun olmayan taxta dayaqların yerləşdirildiyi açıq-aydın görünür.
Mütəxəssislər belə müdaxiləni həm texniki baxımdan təhlükəli, həm də sərnişin və nəqliyyat təhlükəsizliyi üçün ciddi risk hesab edirlər. Mühəndislik normalarına əsasən, dəmiryolu infrastrukturu üçün istifadə olunan dayaq materialları xüsusi standartlara cavab verməli və müvafiq texniki nəzarətdən keçməlidir.
Hazırda hadisə ilə bağlı aidiyyəti qurumların məsələyə müdaxilə edib-etmədiyi məlum deyil. Məsələnin nəzarətə götürülməsi və qiymətləndirilməsi üçün müvafiq dövlət orqanlarının açıqlaması gözlənilir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 18 Aprel 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















