Bakıda Mərkəzi Parkda təhlükəli vəziyyət FOTO
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakının köhnə “Sovetski” məhəlləsində, Abdulla Şaiq, Nəriman Nərimanov və Mirzə Ağa Əliyev küçələrinin kəsişməsində yerləşən Mərkəzi Parkda təhlükəli vəziyyət yaranıb.
Bu barədə Ölkə.Az-a parka tez-tez üz tutan sakinlər məlumat veriblər. Bildirilib ki, park ərazisində yerləşən piyada körpüsünün şüşə məhəccərlərindən üçü ciddi şəkildə çatlayıb.
Fotodan da göründüyü kimi, şüşənin böyük hissəsi xırda çatlarla örtülüb ki, bu da onun dayanıqlılığı ilə bağlı suallar yaradır.
Sakinlərin sözlərinə görə, ərazidə hər gün çox sayda insan, xüsusilə uşaqlar və yeniyetmələr hərəkət edir. Çatlamış şüşələrin hər an qırılma riski isə ciddi təhlükə mənbəyi kimi qiymətləndirilir.
Məsələ ilə bağlı Ölkə.Az Mərkəzi Parkın rəhbərliyinə sorğu ünvanlanıb. Rəsmi mövqe təqdim olunacağı təqdirdə materiala əlavə ediləcək.
Billurə




Baxış sayı:163
Bu xəbər 04 Mart 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















